Bakıda komitə sədrinə qarşı etiraz aksiyası - FOTO

img

15-04-2014 [12:56]


Bir qrup məcburi köçkün bu gün səhər saatlarından Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin binası qarşısında aksiya keçirib. 

APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, məcburi köçkünlər öncə binanın qarşısından keçən Tbilisi prospektini bağlayıblar. Polisin müdaxiləsindən sonra yol açılıb, avtomobillərin hərəkəti bərpa olunub. Hazırda aksiyaçılar Dövlət Komitəsinin binası qarşısında toplaşıblar. Onlara komitə rəsmiləri tərəfindən qəbul olunacaqları bildirilib.

Aksiya keçirən şəxslər vaxtilə Binəqədi rayonunun 9-cu mikrorayonu ərazisində yanğın baş vermiş çoxmərtəbəli binada məskunlaşan Ağdam, Xocalı, Kəlbəcər, Xocavənd rayonundan olan məcburi köçkünlərdir. Onlar sonradan Mehdiabad qəsəbəsindəki məcburi köçkün şəhərciyində yerləşdirilsələr də, yaşayış yerlərində sıxlıqla bağlı narazılıqlarını bildiriblər.

Aksiyaçıların bir qismi isə hələ də onlara yer ayrılmadığını deyiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA