Ağcabədidə qətl: 26 yaşlı qardaş 30 yaşlı bacısını öldürdü

img

18-07-2022 [10:45]


İyulun 17-i saat 18 radələrində Ağcabədi rayonu, Aran kəndi yaxınlığında 1992-ci il təvəllüdlü Lamiyə Abdullayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağcabədi rayon prokurorluğundan verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qardaşı 1996-cı il təvəllüdlü Bayram Xudaverdiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Lamiyə Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bayram Xudaverdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam edir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR