15-04-2014 [11:46]
Seksual problemlərlə bağlı dövlət xəstəxalaraındakı həkimə müraciət edənlər artıq bu imkanı itirmiş sayılırlar. Belə ki, Azərbaycandakı dövlət xəstəxana və klinikalarında seksopatoloji kabinetlər ləğv edilib.
Modern.az saytının araşdırması zamanı məlum olub ki, səhiyyə naziri Oqtay Şirəliyev bu haqda hələ 2009-cu ildə əmr veribmiş. Əmr verilməsinə baxmayaraq, bu yaxınlaradək bəzi tibb ocaqlarında həkim-seksopatoloq ştatları və seksopatoloji kabinetlər fəaliyyət göstərib. Amm artıq belə kabinetlərin hamısı bağlanıb. İndi yalnız özəl klinikalara seksopatoloji kabiunetlər fəaliyyət göstərir.
Tanınmış həkim-seksopatoloq Xudaverdi Əliyev Modern.az saytınaaçıqlamasında bundan şikayətlənib.
"Seksopatoloji xəstəliklər əvvəlki illərlə müqayisədə çox cavanlaşıb. Bu gün həkimə müraciət edən xəstələr arasında gənclər çoxluq təşkil edir. Təbii ki, xəstələr vaxtında həkimə müraciət etmədikləri üçün bir müddət keçdikdən sonra ciddi problemlərlə qarşılaşırlar. Bunun bir səbəbi mental xüsusiyyətlə bağlıdır. Yəni insanlar seksopatoloqa müraciət etməkdən utanırlar. Ancaq onlar bilməlidir ki, müalicənin ləngiməsi xəstəliyin xroniki hala keçməsi ilə nəticələnir, nəticədə orqanizmdə müxtəlif fəsadlara yol açılır. Ağır seksual problemləri olan posientlərdə, nikahda olan cütlüklərdə yaranan dishormoniyalı xəstələrə göstərilən köməklik, təəssüflər ki, dayana bilər. Çünki bu gün seksopatologiya sahəsinin öz adı altında fəaliyyət göstərməsinə qadağa qoyulub”, – deyə həkim-seksapatoloq qeyd edir.
X.Əliyevin sözlərinə görə, dövlət xəstəxana və klinikalarında seksapatoloji kabinetlərin ləğvi ucbatından pasientlər seksopatoloqun yanına deyil, terapevtin yanına getməlidirlər.
"1989-cu ilin avqustundan səhiyyə nazirinin əmri ilə Bakı şəhərinin ən böyük xəstəxana və poliklinikalarında seksopatoloji kabinetlər təşkil olunub. Həmin vaxtdan 7 nömrəli şəhər poliklinikasında həkim-seksopatoloq vəzifəsinə təyin olunmuşam. Çünki Tibb Universitetini bitirdikdən sonra Sankt-Peterburqda bu sahə üzrə ixtisasartırma kursları keçmişəm. Amma 2009-cu ildə səhiyyə nazirinin 119 saylı əmrinə əsasən həkim-seksopatoloq ştatı ləğv olunub və o, terapevt ştatı ilə əvəzlənib. Bu günə qədər öz ixtisası üzrə işləyən bir həkimin, 25 ildən sonra terapevt kimi fəaliyyət göstərməsi nə dərəcədə düzgündür, bunu başa düşə bilmirəm. Üstəlik, axı həkim-seksopatoloqlar onsuz da seksopatoloji problemlərin terapiyası ilə məşğul olur. Baxın, bu gün apteklərdə yüzlərlə adda seksopatoloji preparatlar satılır. Amma bu dərmanları xəstələrə terapevtlər deyil, həkim-seksopatoloqlar təyin etməlidirlər”.
Həkim-seksapatoloqun fikrincə, sahənin adının dəyişdirilməsi xəstələrin düzgün qərar çıxarmasında problemlər yaradır.
"İnsan xəstəliklə bağlı hansı həkimə müraciət edəcəyini bilmir. Təsəvvür edin də, seksopatoloji problemlə seksopatoloqun yanına gələn xəstəyə deyirlər ki, get özünü terapevtə göstər. Yəni ilk addımda göründüyü kimi xəstə problemlə qarşılaşır”.
X. Əliyev problemin dərhal çözülməsinin vacibliyini vurğulayır: "Düzdür, mən hələ də həkim-seksopatoloq kimi fəaliyyət göstərirəm. Çünki bu, ixtisasımdır. Amma hələ 2009-cu ildə məsələyə ciddi etirazımı bildirmişəm. Həmin vaxt məni poliklinikanın kadrlar şöbəsindən çağırıb dedilər ki, narahat olmağa dəyməz, sən onsuz da seksopatoloji kabinetdə terapevt vəzifəsində həkim-seksopatoloq ixtisası üzrə işləyəcəksən. Əmək kitabçamda da belə yazılıb. Lakin bir müddət sonra işlədiyim 7 saylı poliklinika təmirə bağlandı. 2014-cü ildə, yəni təmirdən sonra məlum oldu ki, həkim-seksopatoloq ştatı ləğv olunaraq terapevt ştatı ilə əvəzlənib. Mənim üçün çox maraqlıdır görəsən, bu ştatın ləğv olunması ölkəmizdə seksopatoloji xəstəliklərin və həmin xəstəliklə əlaqədar yaranan ailə problemlərinin qarşısını ala biləcəkmi?!”
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi