Azərbaycan və Malayziya XİN-ləri arasında məsləhətləşmələr keçirilib
15-07-2022 [17:12]
Bu gün Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) ilə Malayziya Xarici İşlər Nazirliyi arasında ilk dəfə olaraq siyasi məsləhətləşmələr keçirilib.
Mia.az XİN-ə istinadla bildirir ki, Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədovun, Malayziya tərəfindən isə bu ölkənin xarici işlər nazirinin müavini Datuk Kamaruddin Caffarın rəhbərlik etdiyi nümayəndə heyətləri siyasi məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti, habelə siyasi, iqtisadi, enerji, kənd təsərrüfatı və humanitar sahələrdə qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Bununla yanaşı, tərəflər regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivlərinin inkişafına dair fikir mübadiləsi aparıblar.
Cənub Şərqi Asiya və Şərqi Asiya dövlətlərinə səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədovun 15 iyul 2022-ci il tarixində Malayziyanın xarici işlər naziri Dato Sri Saifuddın Abdullah ilə görüşü keçirilib.
Görüşdə ölkələrimiz arasında əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib, Azərbaycan -Malayziya arasında aparılan siyasi dialoqun vacibliyi vurğulanıb. Müxtəlif istiqamətlərdə, o cümlədən energetika, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar müzakirə edilib.
Azərbaycan tərəfi Malayziyanın ölkəmizin ərazi bütövlüyünü və suverenliyini ardıcıl və davamlı şəkildə dəstəklədiyinə görə təşəkkür ifadə edib.
Görüşdə, həmçinin Azərbaycan və Malayziya arasında beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq və qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir müavini E.Məmmədovun Malayziyaya səfəri çərçivəsində bir sıra digər görüşləri də keçirilib. Belə ki, nazir müavini Malayziya Parlamenti Nümayəndələr Palatasının spikeri Tan Sri Azhar Azizan Harun tərəfindən Malayziya qanunverici orqanının binasında qəbul edilib, Cənub-Şərqi Asiyanın aparıcı tədqiqat qurumlarından olan Strateji və Beynəlxalq Araşdırmalar İnstitutunda görüş keçirib, Malayziyanın qabaqcıl mətbuat orqanlarından olan BERNAMA – Dövlət İnformasiya Agentliyinin, “Nyu Streits Times”, “Astro Avani”, “Utusan Malaysia” və “Sinar Harian” qəzetlərinin əməkdaşlarının suallarını cavablandırıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi