YAP-çı deputat: "Bütün strukturların rəhbər heyətinin fəaliyyəti araşdırılır" - İcra Hakimiyyətləri ləğv olunacaq? (Açıqlamalar)
15-07-2022 [12:25]
Son vaxtlar icra hakimiyyətləri ilə bağlı neqativlər çoxalır. Yerli idarəetmə qurumlarının vətəndaşlara laqeydliyi, vəzifə öhdəliklərinə biganəlikləri artıq icra hakimiyyətlərini səlahiyyətsiz və lazımsız quruma çevirib.
Vətəndaşlara qənim kəsilən icra başçılarından şikayətlərin ardı-arası kəsilmir. Onların vətəndaşlarla görüşlərinə belə xüsusi seçilmiş adamlar buraxılır. İcra hakimiyyətləri vətəndaşa özünə qəsd etməkdən başqa çıxış yolu qoymurlar. Bir sözlə, icra hakimiyyəti institutu özünü doğrultmur.
Qeyd edək ki, 2 ay əvvəl ölkə başçısı İlham Əliyev də bu institutun özünü doğrultmadığını və fəaliyyətinə xitam verilməli olduğunu bəyan etmişdi. Prezident ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı söyləmişdi ki, yeni idarəçilik modeli sınaqdan keçirilir. Çünki mövcud regional idarəçilik sistemi Sovet İttifaqının çökməsindən sonra yaradılıb: “10-dan çox regional rəhbər şəxslər rüşvət, səhv idarəçilik və digər yanlış hərəkətlərə görə həbs olunub. Bu proses ictimai şəkildə baş verib, rüşvət prosesi videoya çəkilib. Təəssüf ki, bu sahə korrupsiya ilə çirklənib”, - deyən İlham Əliyev regionlarda dövlət idarəçiliyini təkmilləşdirməyin mümkünlüyünü vurğulamışdı.
Son neqativlərdən sonra sözügedən məsələ daha da aktullaşıb.
Mövzu ilə bağlı Bizim.media-ya danışan millət vəkili Fəzail Ağamalının fikrincə, icra hakimiyyətlərinin ləğvindən çox onların daha çevik və səlahiyyətli quruma çevrilməsi vacibdir: “Mən bu məsələ ilə bağlı zaman-zaman fikrimi bildirmişəm ki, rayon strukturu özünü ifadə etmir. Gələcəkdə ola bilsin ki, icra hakimiyyətlərinin üzərində islahatlar aparılacaq. Bunun üçün referendum keçirilməlidir. Bu da gündəlikdə dayanmır. Yəqin ki, daha çevik bir qurumun yaradılmasına ehtiyac olacaq.
Bütövlükdə rayon icra strukturları zamanını itirmiş və artıq özünü doğrultmayan idarəçilik qurumudur. Ola bilsin ki, gələcəkdə bu idarəçilik problemlərin həllini daha çevik yoluna qoyan və güc tapan səlahiyyətli quruma çevriləcək. Uzun müddətdir ki, bu məsələ mətbuat səhifələrində müzakirə olunmaqdadır və bu gün də aktualdır"..
Hökumət bunu təbii ki, anlayır, amma o zaman proses niyə yubanır?

Ceyhun Məmmədov
Milli Məclisin deputatı Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, icra hakimiyyətləri uzun müddətdir fəaliyyət göstərir və yerlərdə əsas dövlət strukturlarından biri kimi qurulub: “İcra hakimiyyətlərinin ləğvi prosesi o qədər də asan deyil. Yəni bu, çox ciddi şəkildə təhlil olunmalıdır. Yeni yaradılan qurumun fəaliyyəti daha səmərəli və daha effektiv formada təşkil olunmalıdır. Bununla bağlı cənab Prezidentin də mövqeyi var. Bir neçə mötəbər tədbirdə bu məsələyə xüsusi olaraq toxunaraq öz mövqeyini bildirib. Hazırda bütün istiqamətlərdə bu məsələ araşdırılır, öyrənilir və müvafiq addımların atılması üçün real vəziyyət təhlil olunur. Yəni burada eyni zamanda yeni regional idarəetmədən də söhbət gedir. Əlbəttə, idarəetmə zaman keçdikcə təkmilləşdirilməlidir, yeni yanaşmalar, yeni baxışlar olmalıdır. Amma burada daha önəmli məsələlərdən biri də kadr seçimi məsələsidir. Hesab edirəm ki, hazırda problemin kökündə duran səbəblərdən biri əvvəlki dövrdə icra hakimiyyəti strukturlarına rəhbər şəxslərin düzgün seçilməməsidir, burada bir sıra təsadüfi adamların olmasıdır. Hər bir vətəndaş anlamalıdır ki, vəzifə etimaddır, vəzifəyə təyin olunan şəxs xalqın xidmətçisidir. Hansı strukturda olmasından asılı olmayaraq, yanaşma belə olmadıqca biz qarşımıza qoyduğumuz məqsədlərə nail ola bilməyəcəyik. Hər kəs bilsin ki, dövlət bütün prosesləri təhlil edir. Hazırda biz yeni islahatlar mərhələsinə qədəm qoymuşuq. Bütün strukturların rəhbər heyətinin fəaliyyəti araşdırılır. Tezliklə, lazım olduğu məqama gəldikcə, müvafiq qərarlar qəbul ediləcək və hər kəsə də məlumat veriləcək. Bütün strukturlar maksimum diqqətli olmalı, maksimum çalışmalıdır ki, onlara göstərilən etimadı doğrultsunlar. Ən önəmli məsələlərdən biri kadr seçimidir”.

Natiq Cəfərli
İqtisadçı ekspert Natiq Cəfərli isə bildirdi ki, Azərbaycanda icra hakimiyyəti institutlarının ləğvinin zamanı çoxdan yetişib: “Çünki problem sistemdədir. Sistemin özünü dəyişmədən-yeni idarəetmə formasına keçmədən kadrları dəyişmək yolu ilə bu sahədə ciddi dönüş yaratmaq mümkün deyil. Əhalinin də regionlarda narazılığının əsas səbəbi məhz bu icra hakimiyyəti institutlarının fəaliyyətinin yararsız və yetərsiz olmasıdır. Bunun üçün konstitusiya islahatına da ehtiyac var. Yerli özünüidarəetmə institutlarının güclənməsi, seçkili orqanların vəzifələrinin və səlahiyyətlərinin artırılmasına da ehtiyac var. Bunun da zamanı çoxdan yetişib. Çoxdandır ki, cəmiyyətdə konstitusiya islahatlarının olacağı barədə söhbətlər var. Ümid edirəm ki, yaxın zamanlarda Prezidentin və ya hakim partiyanın təşəbbüsü ilə bu istiqamətdə bir təkliflər paketi elan olunsa, prosesin başlanmasından danışmaq olar. Bir müddət öncə iqtisadi rayonlar yaradılıb. Bu çox uğurlu qərar idi. İndi həmin iqtisadi rayonları inzibati ərazi vahidinə çevirmək lazımdır. Ayrı-ayrı rayonların icra hakimiyyətlərinin mövcudiyyətinə ehtiyac yoxdur”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür