Tovuzda dəhşətli qətl: 30 yaşlı 3 uşaq atası arvadını öldürdü

img

13-07-2022 [16:14]


Tovuz rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

Məlumata görə, Tovuz rayonunun Hacıalılı kəndində qətlə yetirilən 1998-ci il təvəllüdlü Nuranə Əhmədova hadisəni törətməkdə şübhəli bilinən əri, 1992-ci il təvəllüdlü Nicat Əhmədovun bibisi qızı olub.

Ailədə əvvəllər də mübahisə düşdüyü bildirilir. Hadisənin qısqanclıq zəminində törədildiyi ehtimal edilir.

N.Əhmədova evdar qadın olub, əri isə gündəlik muzdlu işlərdə çalışıb. Cütlüyün üç övladı var.

Artıq hadisəni törətməkdə şübhəli bilinən N.Əhmədov saxlanılıb.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR