Azərbaycanda sərnişindaşıma tarifləri bahalaşıb

img

14-04-2014 [17:07]


Bu ilin mart ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,2% ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 0,3% bahalaşıb.

Bu, Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib. Ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri və digər xarici ölkələr üzrə müvafiq olaraq 0,4 və 1,9% bahalaşma müşahidə olunub.

Mart ayında MDB ölkələrinə dəniz nəqliyyatında yükdaşıma tarifləri 1,5% ucuzlaşıb, dəmir yolu nəqliyyatında isə sərnişindaşıma tarifləri 1,8% bahalaşıb.

Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi ay ərzində 0,3% ucuzlaşıb.

Avtomobil nəqliyyatında sərnişindaşıma və yükdaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA