İranda Zakir Həsənovu Səfər Əbiyev kimi təqdim etdilər (FOTO)

img

14-04-2014 [14:54]


Azərbaycanın müdafiə naziri Zakir Həsənov İranda rəsmi səfərdədir.

ANS PRESS-in məlumatına görə, general-mayor Hüseyn Dehqanın dəvətilə bu ölkəyə səfər edən Z.Həsənov Tehranın Mehrabad hava limanında eniş edib.
İranın məşhur xəbər agentliklərindən biri olan "Mehrnews” yayımladığı xəbərdə Azərbaycanın hazırkı müdafiə naziri Zakir Həsənovun yerinə eks-nazir Səfər Əbiyevin fotosunu yerləşdirib.

İkigünlük səfər zamanı Azərbaycanın müdafiə naziri və İran hakimiyyəti regional, siyasi, müdafiə və təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparacaqlar.
Səfər 15 aprel tarixinə qədər davam edəcək.

Səfər çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi, regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsinin aparılması, İran İslam Respublikasının rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.
İranda Zakir Həsənovu Səfər Əbiyev kimi təqdim etdilər (FOTO)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA