"Uğrunda hər an ölümə belə hazır olduğum İlham Əliyev..." - VİDEO

img

14-04-2014 [14:04]


Prezident İlham Əliyevin üçüncü dəfə ölkə başçısı seçilməsi münasibəti ilə 30 baş qoyun qurban kəsən 1974-cü ildə Naxçıvan MR-in Sədərək rayonunda doğulan hazırda Bakı şəhəri Lokbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi 2 A, mənzil 32- yaşayan Bağırov Elbəyi Qadir oğlu dövlət başçısına müraciət edib.

 Mia.az-a daxil olan məlumata görə, himayəsində 1-ci qrup əlil övladı olan Elbəyi Bağırov gözləmədiyi bir sıra çətinliklərlə qarşılaşıb. Elə buna görə dövlət başçısına müraciət edib: «Artıq rəsmi müraciətimi bu gün cənab prezidentimizə göndərdim. Əminəm ki, Ulu Öndərimiz Heydər Əliyevin cənab prezidentimiz İlham Əliyevin fəal qatı tərəfdarının bu müraciəti cavabsız buraxılmayacaq».

 E.Bağırov problemini və istəyini belə nəql edib: «Hazırda «Sədərək Ticarət Mərkəzində ticarətlə məşğulam. Sağ olsun mərkəzin rəhbərliyi Yusif müəllim. Hər zaman bir veteran kimi, bir əlil övladı sahibi kimi mənə dəstək olublar. İcarə sair məsələlərdə mənə imkanları dairəsində dəstək olublar. Lakin oğlumun özümün müalicəmə, ailəmin dolanışığına sərf olunan vəsaitlər çox olduğundan çatdıra bilmirəm. Odur ki, mən səmimi qəlbdən dəstək verdiyim, uğrunda hər an ölümə belə hazır olduğum İlham Əliyevdən ailəmi normal dolandıra biləcəyim bir işlə təmin olunmağı xahiş etmişəm. Əminəm ki, cənab prezidentimiz bu xahişimin təmin olunması üçün müvafiq qurumlara göstəriş verəcəkdir».



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA