Artur Rasi-zadədən daha bir qadağa - QƏRAR

img

14-04-2014 [13:44]


Baş nazir Artur Rasi-zadə daha bir qərar imzalayıb.  Baş nazirin yeni qərarı Azərbaycan Respublikasında "Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydaları"nın təsdiqindən bəhs edir.  

Mia.az-ın məlumatına görə, yeni qərara əsaəsn Azərbaycanda təkrarən dondurulmuş yeyinti mallarının satışı qadağan edilib.  Həmin qaydalara əsasən, iribuynuzlu və xırdabuynuzlu heyvan cəmdəyi ictimai iaşə obyektinə müvafiq baytarlıq şəhadətnamələri ilə müəyyən edilən hallar istisna olmaqla, cəmdək, yarımcəmdək və cəmdəyin dörddə bir hissəsi (şaqqaları) formasında qəbul edilir.

Azərbaycanda kəsilmiş heyvan cəmdəklərinin sümükdən ayrılmış formada ətinin ictimai iaşə obyektlərinə qəbul edilməsi qadağan olunub.

Qaydalara əsasən, istehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddətdə dəyişdirilməlidir.

İstehlakçının malı dəyişdirmək tələbi mal olmadıqda, müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir.

Qaydalarda göstərilir ki, Azərbaycan ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır.

Qaydalarda o da qeyd edilir ki, ticarət obyektinin qarşısında, ətrafında malların (işlərin, xidmətlərin) nümunələrinin nümayiş etdirilməsinə (qoyulmasına), satışına, xidmətlərin göstərilməsinə yol verilmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA