Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
02-07-2022 [00:07]
Qoç - məqsədlər arasında çaş-baş qalmayın. Qarşınıza bir hədəf qoyun, onu prioritet sayın və əldə etməyə çalışın. Eyni vaxtda bir neçə iş görməyin heç bir mənası yoxdur. Günün ikinci yarısında işdə rəhbərlik və həmkarlarla münaqişə istisna olunmur. Çətin situasiyanın məqamlarını tezliklə çözün və dürüst qərarlar qəbul edin. Bu, peşəkarlığınızın ən bariz izharı olar. Axşam saatlarında şəxsi münasibətlərdə cəsarətli addım ata bilərsiniz.
Buğa - cari məsələlərin həllində nizamı pozmayın. Xidməti, maliyyə və məişət məqamlarındakı çətinliklərin aradan qaldırılması üçün zəruri addımlar atın. Verdiyiniz vədə əməl edin, dediklərinizi unutmayın. Həmkarlarınız və şərikləriniz arasında nüfuzunuza xələl gələcək situasiyanın yaranmasına imkan verməyin.
Günün ikinci yarısında hansısa işlər əvvəlcədən hazırlanmış planda dəyişikliklər etmək zəruridir. Seçilmiş kursdan sapmayın. Axşam saatlarını ailə üzvlərinə həsr edin. Səmimi və qayğıkeş olun.
Əkizlər - önəmli məsələlərin həllində ciddi olun. Şit zarafatlar edən, təlxək təsiri bağışlayan insanlardan uzaq durun. Tapşırıqları vaxtında yerinə yetirin. Ağır işləri görməkdən qaçmayın.
Günün ikinci yarısında fəaliyyətiniz cari situasiyaya uyğunlaşdırılmalıdır. Maliyyə məsələlərində diqqətli olun, sayıq davranın. Ödənişlərin gecikməsini istisna edin. Axşam saatlarında çətin anlar yaşasanız, yaxınlarınız sizə yardım edəcəklər.
Xərçəng - əvvəlki anlaşmaları və sövdələşmələri unutmayın. Yarımçıq işləri başa vurun. Fəaliyyət sahəsi ilə yanaşı, şəxsi münasibətlərdəki anlaşılmazlıqları aradan qaldırın. Yaxın ətrafınızdakı insanlarla maraqlarınız üst-üstə düşərsə, sərinləmiş tərəfdaşlıq münasibətlərini bərpa etmək olar. Günün ikinci yarısında dəyər verdiyiniz insanla kəskin mübahisələrə başlamayın. Qarşı tərəfi dinləməyi bacarın. Əks təqdirdə tək qala bilərsiniz.
Şir - məqsədə doğru aparan yoldakı müxtəlif sədlər və problemləri aradan qaldırmaq üçün təşəbbüskar olun. Situasiya o qədər də sərfəli, rahat deyil. İrəliyə doğru usanmadan, yorulmadan hərəkət edin.
İradə əsas məsələdir. Günün ikinci yarısında ailə üzvlərindən birinin yardıma ehtiyacı yaranacaq. Qayğınızı əsirgəməyin. Dostlar və qohumların dediklərinə qulaq asın, amma münasib saydığınız qərarı qəbul edin.
Xroniki xəstəliklərin yaranmasının qarşısını almağın ən yaxş yolu müayinədir.
Qız - önəmli qərarlar və çətin danışıqlar zamanıdır. Yaxın gələcəkdəki işləriniz, perspektivləriniz bugünkü davranışınızdan asılıdır. İfrat dərəcədə mühafizəkar olan hadisələrin ənənəvi axarını pozmaqdan çəkinməyin. Günün ikinci yarısında eksperimentə başlamaq, risk etmək olar. Şəxsi münasibətlərdə, habelə işdə yeniliklər olacaq. Planlarınızda ehtiyatlı olun. Axşam saatlarında yaxınlarınızla təmaslarda səbrli, soyuqqanlı olun.
Tərəzi - çətin, qarışıq gündür. Ən sadə təsir bağışlayan məsələlər elə çətinləşəcək ki, çıxış yolunu tapmaq ağırlaşacaq. Məişət qayğıları təcili həllini tələb edir. İşdə rəhbərlikdən yeni tapşırıq alacaqsınız.
Günün ikinci yarısında mürəkkəb işi qısa müddətə başa vurmaq zərurəti ilə qarşılaşacaqsınız. Maliyyə və pul müstəvisində əsəbləri gərəcək qarşıdurmaya başlamayın. Amma belə situasiya olarsa, mənasız xeyriyyəçilik etməyin, borcları bağışlamayın, maraqlarınızın tapdanmasına imkan verməyin.
Axşam saatlarında biznes və daşınmaz əmlakla bağlı məsələlərdə maksimum dərəcədə ehtiyatlı davranın.
Əqrəb - yaranan problemləri dərhal həll edin. Çözüm prosesini təxirə salmayın, cavab tələb edən sualların araşdırılmasını ertələməyin. İşgüzar məsələlərin yoluna qoyulmasında nə qədər cəsarətli olsanız, bir o qədər yaxşıdır. Günün ikinci yarısında sevdiyiniz insanla romantik anlar yaşayacaqsınız. Hisslərinizin sınanmasına ehtiyac duyulmur. Yalan danışmayın, yetər. Axşam saatlarını özünüzə həsr edin.
Oxatan - qəti qərar verməzdən əvvəl yaxşı düşünün. Sadəlövh olmayın, hər deyilən sözə inanmayın. Elementar təhlükəsizlik qaydalarına riayət edin. Ətrafınızdakı insanların tələblərini birmənalı şəkildə qulaqardına vurmayın. Günün ikinci yarısında bəlli qaydalar çərçivəsində çalışmaq sizi çox bəlalardan hifz edəcək. Mübahisələrdə kiçik də olsa, güzəştlərə meylli olun. Sizə qarşı tələblər və iradlarla çıxış edən insanın sözlərinə qulaq asın. Aqressiv olmayın.
Oğlaq - emosional baxımdan dayanıqlı olun. Dəmir qətiyyətiniz, iradəniz və təmkininiz olmalıdır. Yaşamın az qala bütün sahələrində qəfil hadisələr, təsadüflər sizi sınağa çəkəcək. Günün ikinci yarısında səbrli olsanız, potensial və resurslara qənaət edəcəksiniz. Maliyyə məsələrində risk etməyin. Bununla belə, şanslarınızı da vaxtında dəyərləndirin. Rəqiblərin kölgəsində qalmayın, fatalist olmayın. Gəlir mənbələrinizi artıra bilərsiniz. Axşam saatlarında sakit olun, dialoqları konstruktiv məcrada qurun.
Dolça - peşəkarlıq sizdən mütəhərrik və çeviklik tələb edir. Qətiyyətli, əzmkar olun. Kimsənin qarşısında geri çəkilməyin. Fövqəladə vəziyyətlərdən çıxış yolunu sürətlə arayın. Astagəl və ləng olmayın.
Günün ikinci yarısında bəzi qərarlarınızı yaxın ətrafınızdakı insanlar bəyənməyə bilərlər. Səbrli olun, qəlb qırmayın. Səhhətinizə ziyan vuracaq əməllər etməyin. Sınanmış vasitələr arzuolunmaz effekt verə bilər.
Balıqlar - ehtiyatlı, sayıq olun. Əvvəllər əldə etdiyiniz təcrübələr sizi yeni səhvlərdən hifz edəcək. Peşəkar fəaliyyət müstəvisindəki mümkün dəyişiklikləri sakit, təmkinlə qəbul edin. Günün ikinci yarısında intuisiyanıza güvənərək məntiqsiz addımlar atmayın. Axşam saatları dostlarla görüşlər üçün əlverişlidir. Bədxərclik etməyin.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi