Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
05-07-2022 [00:07]
Qoç - çalışdığınız kollektivdə qəfil xəbərlər istisna deyil. Mövcud vəziyyəti nəzərə alaraq, imkanlarınızı aşmadan fəaliyyət göstərin. Yaşananlardan faydalanmaq üçün maksimum dərəcədə aktiv olun. Günün ikinci yarısında uğurlarınız əhəmiyyətli dərəcədə təsadüfdən asılı olacaq. Uğurlu və ağıllı insanlarla əlaqələri kəsməyin. Onlarla ideya və planların mübadiləsinə başlamaq olar. Romantikaya qapılmayın. Sevdiyiniz insanla təmaslarda yeni perspektivlər var.
Buğa - ambisioz, hikkəli, aqressiv olmayın. Əvvəlki incikliklərin heyfini almağa çalışmayın. Münaqişələrə meylli, kinli insanlardan uzaq durun. Daxili azadlığınızı və səbrəstliyinizi qoruyun. Günün ikinci yarısında atdığınız addımların fərqinə varın. Rasionunuza fikir verin. Təfərrüatlarına bələd olmadığınız məsələlərlə bağlı rəy verməyin.
Problemlərin artması sizdən daha fəal olmağı tələb edir. İstəklərinizin normadan artıq olması prosesləri ləngidə bilər.
Sayıq və diqqətli olun.
Əkizlər - ani qərarlar verməyin. Düşünüb daşının, sonra fikrinizi açıqlayın. Yaşanan proseslərlə bağlı mövqeyinizdə dəyişikliklər ola bilər. Aqressiya və həyəcan yolverilməzdir. Yaxın ətrafınızdakı insanlara dəyər verin, onların qəlbini qırmayın.
Günün ikinci yarısında xoşagəlməz sözlər eşidə bilərsiniz. Əlavə işlər görməli olacaqsınız. Çətin, ağır xasiyyətli insanlarla təmas zərurəti yaranacaq. Hisslərin gərildiyi zamanda müşkül məsələnin həllinə başlamayın.
Axşam saatlarında səhhətinizin qayğısına qalın.
Xərçəng - rutin işlər darıxdırıcı təsir bağışlasa da, onları yarımçıq qoymayın. Aksiyalara və toplantılara qatılmayın. Müstəqil fəaliyyətə üstünlük verin. Saxta etiraflara və yalnız ilk baxışdan cazibədar təsir bağışlayan təkliflərə aldanmayın.
Arzularınızı reallaşdırmaq üçün aktiv olun.
Günün ikinci yarısında proseslərin ritminə nəzarət edin. Büdcənizdə böyük itkilər olmamalıdır. Krediti vaxtında ödəməyi unutmayın.
Axşam saatlarına yaxın yarımçıq işləri başa vurun.
Açıq havada gəzintiyə çıxın.
Şir - təşəxxüslü, ifrat qürurlu olmayın. Hisslərinizə hakim ola bilməsəniz, fəsadları ağır addımlar ata bilərsiniz. Ailə üzvlərinin tələblərini nəzərə alın. Onların istəkləri ön planda olmalıdır.
Günün ikinci yarısında daşınmaz əmlak, vərəsəlik, ipoteka, kreditlər, sığorta ödənişləri, borcların qaytarılması ilə bağlı əməliyyatlarda yaxşı tanımadığınız insanlara etibar etməyin. Yaxınlarınız üçün gördüyünüz işləri onların üzünə vurmayın.
Axşam saatlarında əyləncəyə yollana bilərsiniz.
Mübahisələrdə tərəf tutmayın.
Qız - günün ilk yarısı yaradıcılıq üçün əlverişlidir. Xatirələrin təsiri və hisslərin pressinqi altında olsanız, ən adi, rutin işlər yarımçıq qala bilər. Rasional məntiqinizi unudub ani istəklərlə davranmayın.
Günün ikinci yarısında təmkinli və soyuqqanlı olmasanız, orientirləri itirə bilərsiniz. Sədləri aramla dəf edin. Maneələrin çoxluğu sizi pərişan etməsin. Gərəkli zamanda lazımi addımlar atın. Neqativ emosiyalar yaradan insanlarla ünsiyyəti minimuma endirin.
Tərəzi - maliyyə məsələlərində diqqətli olun. Münasibətlərdə gərginlik yarada biləcək addımlar atmayın, sayıq və diqqətli olun. Bədxərclik etməyin, alış-verişdə məntiqli davranın.
Günün ikinci yarısısında illüziyalara qapılmayın, ambisiyalarınızı təmin etmək üçün ani hisslərin idarə etdiyi fiqura çevrilməyin. Çalışdığınız yerin hesabına şəxsi maraqlarınızı təmin etməyin. Əməllərinizə görə gec-tez cavab verməli olacaqsınız.
Qida rasionunuza fikir verin. İş qrafikində köklü dəyişikliklər etməyin.
Əqrəb - emosiyalarınızı nəzarətdə saxlayın. Hissləriniz sizi yanlış addımlar atmağa vadar edə bilər. Təmkinli olun, bütün diqqəti işə yönəldin. Maddi və ya mənəvi baxımdan təzminatlar əldə etməyə can atmayın. Günün ikinci yarısında narazılıq hissi, natamamlıq duyğuları yarana bilər. Problemlərin həllinə yaradıcı yanaşın. Axşam saatlarına yaxın yeni tərəfdaş və ya şəriklə işləyə bilərsiniz. Axşam saatlarında normal istirahət etməyə çalışın.
Oxatan - sınaq zamanıdır. Günün ilk yarısından etibarən maneələr və sədlərin sayı artacaq. Təşəbbüslər zamanı deyil. Cari işləri başa vurun, yarımçıq heç nə saxlamayın. Kiçik uğursuzluqlar sizi ruhdan salmasın. Problemləri qulaqardına vurmayın, onları çözün. Günün ikinci yarısında sirlərinizi yaxşı tanımadığınız insanlarla bölüşməyin. Başqalarının sözlərindən asılı olmayın. Hisslərinizi müvazinətdə saxlayın, təsir altına düşməyin.
Oğlaq - günün ilk yarısı qəfil hadisələr və təəssüratlar, görüşlər və xəbərlər vəd edir. Önəmli saydığınız məsələ ilə bağlı yeni məlumatlar ala bilərsiniz. Gözlədiyiniz hadisə baş verəcək.
Uzun müddətdən bəri güc və vaxt tapmadığınız işi görə bilərsiniz. Cari işlərdə tərəfdaşlarla şəriklər aktiv rol oynayacaqlar. Yeni təkliflər və ideyalar olacaq. Reallaşmayan arzular və ya puç olan istəklər münasibətlərdə gərginlik yaratmamalıdır. Hisslərin əsiri olsanız, ruh düşkünlüyünə qapıla bilərsiniz. Nikbin olun. Yeni məqsədlər və stimullar var. Axşam saatlarında normal istirahət edin.
Dolça - rutin, adi işlər üçün neytral zamandır. Qarşınıza böyük məqsədlər qoyubsunuzsa, sizi çətinliklər gözləyir. Mübahisəni, diskussiyanı, kütləvi tədbirdə iştirakı təxirə salın. Mövqelərinizi qorumağa çalışın.
Günün ikinci yarısında nəyin bahasına olursa-olsun, haqlı görünməyə can atmayın. Sözlərin bundan sonrakı hadisələrin formalaşmasında heç bir əhəmiyyəti yoxdur. Rəqiblər arqumentlərinizə əla bələddir və onlar yeni heç nə deməyəcəklər. Axşam saatlarında psixoloji hücuma məruz qala bilərsiniz.
Balıqlar - dəyişikliklərə başlamaq zamanıdır. Perspektivlə bağlı məlumatlar alacaqsınız. Yaxın ətrafınızdakı insanlar ideyalarınızı dəstəkləyəcəklər. Kiçik problemlərin həllini bir müddətə təxirə salmaq olar. Yaşam sizə sürprizlər hazırlayıb. Günün ikinci yarısı uğurlu dönəmdir. Əlverişli situasiyadan yararlanın. Amma bilin ki, uğurlu dönəm çox çəkməyəcək. Sizdən fərqli maraqları, ideyaları olan insanlarla ünsiyyətdə xeyir var. Söhbətlərdən həzz almaq önəmli deyil: əsas məsələ danışıqlardan real fayda əldə etməkdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi