Almaniya kansleri Rusiyanın müharibəyə uzun müddət hazırlaşdığını deyir: "Putin savaşı davam etdirəcək"

img

01-07-2022 [13:10]


“Rusiya Prezidenti Vladimir Putin ən azı bir ildir müharibəyə hazırlaşırdı. Ona görə də Kreml uzunmüddətli savaş apara biləcək”.

“RBK Ukraina” xəbər verir ki, bu fikirləri Almaniyanın kansleri Olaf Şolts deyib.

“Həqiqətən, kimsə müharibənin nə vaxt başa çatacağını bilmir. Lakin Putin uzunmüddətli hərbi əməliyyatlara hazır görünür. Düşünürəm ki, müharibənin başlanması barədə qərar ən azı bir il əvvəl qəbul olunub. Yəni Putin buna hazırlaşıb”, - o söyləyib.

O.Şolts vurğulayıb ki, Putin bunu etiraf etməsə də, Rusiya Qərbin sanksiyalarının təsirini hiss edir: “O, Qərbin Rusiya iqtisadiyyatına təsirini başa düşür”

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak müharibənin Rusiya işğal etdiyi əraziləri tərk edənədək müharibənin davam edəcəyini bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR