Qafqaz Universitetinə tələbə qəbulunun dayandırıldığı xəbəri yayıldı

img

14-04-2014 [12:00]


Bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qəbul aparacağı ali təhsil müəssisələrinin sırasına Qafqaz Universiteti daxil edilməyib.

Amma Qafqaz Universitetinin prorektoru Natiq Paşa yayılan məlumatın əksinə olaraq bu il universitetə qəbul aparılacağını qeyd edib:
"Bütün sənədləri, qəbul planlarını Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına vermişik və Komissiya onları təsdiqləyib. Qafqaz Universitetinin qəbul siyahısından çıxarılması xəbəri inandırıcı deyil. Qəbul mütləq aparılacaq. Hətta builki planımız keçən ilkindən təxminən 128 nəfər artıqdır”.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından və Təhsil Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA