MRTŞ-dən ANS-ə sərt xəbərdarlıq

img

14-04-2014 [12:13]


"ANS tərəfimizdən onlara edilmiş xəbərdarlıqdan heç bir nəticə çıxartmır və bizi qərəzli şəkildə mübahisəyə çəkir”.

Bu sözləri Aktual.az-a Milli Tеlеviziyа və Rаdiо Şurаsının Aparat Rəhbəri Toğrul Məmmədov ANS-in MRTŞ-lə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciətinə münasibət bildirərkən deyib.

Toğrul Məmmədovun sözlərinə görə, ANS TV rəhbərliyi bu iddianı hələ mart ayından qaldırıb: "Bununla bağlı hətta onların əsassız iddialarına görə mart ayında hazırlıq iclası da keçirilib. Onu da deyim ki, biz ANS-ə cərimə kəsməliydik, lakin MRTŞ-in humanistliyi əsasında onlara xəbərdarlıq edildi. Onlar da götürüb əsassız şəkildə məhkəməyə müraciət ediblər”.

MRTŞ rəsmisi telekanala xəbərdarlıq etməyi də unutmadı: "Son olaraq onu da qeyd edim ki, hər hansı bir qanun pozuntusu olacaqsa, MRTŞ bununla bağlı ciddi tədbirlər görəcək. ANS unutmasın ki, biz qanunun keşiyində dururuq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA