Bayden "NATO torpaqlarının hər qarışını müdafiə edəcəyik" dedi, Rusiya və Çinə mesaj verdi: "Türkiyə ilə məsələni həll etməliyik"
30-06-2022 [17:18]
“Biz NATO torpaqlarının hər qarışını müdafiə edəcəyik”.
Bunu ABŞ Prezidenti Cozef Bayden NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında deyib.
O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin NATO-nu parçalaya biləcəyini düşünürdü.
“Rusiya lideri bizi zəiflədə biləcəyini düşünürdü. Amma istəmədiyi ssenari ilə qarşılaşdı. O, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə gözləmədiyi ssenari ilə qarşılaşdı. Proseslərin nə ilə nəticələnəcəyini bilmirəm, amma Rusiyanın Ukraynanı məğlub edə biləcəyini düşünmürəm”, - ABŞ lideri bildirib/Report.
Bayden daha sonra deyib ki, Ukraynadakı savaşın tezliklə bitəcəyi gözlənilmir: “Amma nə vaxtsa bitəcək. Ukraynaya dəstəyi davam etdiririk. Ölkəyə 800 milyon dolarllıq dəstəyimiz olacaq. Bura müxtəlif silahlar daxildir. Biz ukraynalıların fiziki təhlükəsizliyini təmin etməyə çalışmalıyıq.”, - ABŞ lideri bildirib.
Mia.az xəbər verir ki, Bayden türkiyə ilə yaranan gərginliyə də toxunub.
O deyib ki, Türkiyə ilə F-16 qırıcılarının modernləşdirilməsi məsələsini həll etməliyik:
"Bunu etməmək bizim marağımızda deyil. Bu mövzuda dekabrdan bəri mövqeyimi dəyişməmişəm. Bununüçün Konqresin təsdiqinə ehtiyacımız var. Bu təsdiqi də alacağımızı düşünürəm”.
O daha sonra bildirib ki, NATO-nun son sammitində Rusiyanın Avropaya təhdidini açıqlayıblar: "İlk dəfə Hind-Sakit okean bölgəsindəki ortaqlarımız toplatıya qatıldı. Rusiya Prezidenti Putinə açıqladığım kimi, onun fəaliyyəti dünya miqyasında bir nəticəyə yol açacaq. Demokratik ölkələri bir araya gətiririk. Bunu beynəlxalq nizamı qorumaq üçün edirik. Bura Çindən gələn təhdidlər də daxildir. Çinin təzyiqedici ticarət fəaliyyətinə qarşı mübarizə aparacağıq”.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi