Ukraynanın Slavyansk şəhərində atışma gedir, ölən var - YENİLƏNİB, VİDEO

img

13-04-2014 [14:57]


Ukraynanın daxili işlər nazir Arsen Avakov bəyan edib ki, Slavyansk şəhərində keçirilən əməliyyat zamanı hər iki tərəfddən ölənlər və yaralananlar var. Güc strukturlarından Təhlükəsizlik Xidmətinin zabiti həlak olub,Təhlükəsizlik Xidmətininantiterror mərkəzinin rəhbəri və daha dörd nəfər yaralanıb. Separatçılar tərəfdən ölən və yaralananların sayı məlum deyil.

***

14.02

Ukraynanın Slavyansk şəhərində keçirilən antiterror əməliyyatında ilk tələfat var. Musavat.com xəbər verir ki, məlumatı UNİAN hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yayıb. Məlumata görə, əməliyyat zamanı güd strukturlarının bir əməkdaşı həlak olub, iki nəfər yaralanıb.


***

13.40

Ukraynanın Slavyansk şəhərində keçirilən antiterror əməliyyatı zamanı güc strukturlarının üç əməkdaşı yaralanıb. Musavat.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə hərbi-siyasi araşdırmalar mərkəzinin rəhbəri Dmitri Tımçuk sosial şəbəkələrdə yazıb. Separatçılar arasında tələfatla bağlı məlumat yoxdur.

UNİAN-ın əldə etdiyi məlumata görə, separatçılar arasında da yaralılar var.

Фото: Украинская правда

Фото: novosti.dn.ua






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA