Bakıda müəmmalı gecə əməliyyatı; 30 nəfər həbs olunub

img

13-04-2014 [14:30]



Dünən saat 22.00 radələrində Bakının Yasamal rayonunda "İnşaatçılar" metrosu olan ərazidə, Şərifzadə-Talıblı, Xıdır Mustafayev küçələrinin kəsişməsində, Capsella mağazasının yaxınlığında 2 mərtəbəli yaşayış evində Yasamal rayon polis əməkdaşlarının apardığı əməliyyat nəticəsində 30 nəfərdən çox insan tutularaq polis maşınları ilə naməlum istiqamətlərə aparılıb.

ANS PRESS-in hadisə yerində olan əməkdaşının o ərazidə yaşayan sakinlərdən öyrəndiyi məlumata görə, çox böyük ehtimalla tutulanlar nurçular olub. Onların yaşadıqları mənzillərdən xeyli sayda dini kitablar da müsadirə edilib.

Gecə vaxtı olduğundan hadisənin təfərrüatları barədə Dini Qurumlarla iş üzrə Dövlət komitəsindən məlumat öyrənmək mümkün olmayıb.

Yasamal rayon polis idarəsinin növbətçisi isə baş verən hadisəni təsdiq etmədi.

Ancaq ANS PRESS öz əməkdaşının verdiyi məlumatların və hadisə yerindən qaranlıqda çəkdiyi şəkillərin doğruluğunu nəzərə alaraq, materialı dərc etmək qərarına gəlib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA