Daha bir tanınmış dindar saxlanıldı

img

12-04-2014 [16:09]


Tanınmış ilahiyyatçı Zülfüqar Mikayilzadə səhər saatlarından Yasamal Rayon Polis İdərəsinə çağırılıb.

Ruhani ilə birlikdə onun sürücüsü Sərvər və "Lenkeranxeber.com"un jurnalisti Ramik Cəfərzadə də idarədədilər.

Sürücüsü bildirib ki, polis bölməsində ilahiyyatçıya qarşı kobud rəftar edilib.

Virtualaz.org bildirir ki, Zülfuqar Mikayilzadənin dostlarının verdikləri məlumatda xəbər təsdiqlənib. Onların sözlərinə görə, polis idarəsində dindirməni MTN əməkdaşları aparır.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov İslamazeri.az-a bu barədə heç bir məlumata sahib olmadığını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA