Rusiya Kiyevdə yaşayış binasına zərbələr endirdi: "Dağıntılar altında qalanlar var" - FOTOLAR

img

26-06-2022 [11:23]


Bu gün Ukraynanın Kiyev şəhəri növbəti dəfə raket atəşinə məruz qalıb. Şəhəriin Şevçenkovskiy rayonu ərazisinə səhər saatlarında raket zərbələri endirilib.

Hadisə yerinə gələn Kiyev şəhər meri Vitaliy Kliçko jurnalistlərə bildirib ki, ilkin məlumata görə 2 nəfər yaralı xəstəxanaya yerləşdirilib.

"Dağıntılar altında qalanlar var. Xilasetmə işləri davam edir. Ümid edirik ki, onlar sağdır. Raket zərbələridir. Amma neçə raket düşməsi barədə hələ dəqiqləşdirmələr davam edir", - mer deyib/Report. 

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri aprelin əvvəlində Kiyev ətrafından çıxarıldıqdan sonra şəhərdə nisbi sakitlik olub. 

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq