“Erməni xisləti ədəbi nümunələrdə” mövzusunda elmi seminar keçirilib

img

12-04-2014 [16:08]


12 aprel 2014-cü il tarixində "Gənclərin Elmi Araşdırmalarına Dəstək” (GEAD) İctimai Birliyində "Erməni xisləti ədəbi nümunələrdə” mövzusunda elmi seminar keçirilmişdir. Seminarın qonağı filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Folklor İnstitutunun Qorqudşünaslıq şöbəsinin aparıcı elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əziz Ələkbərli olmuşdur.

GEAD İctimai Birliyinin sədri dosent Məmmədəli Babaşlı tədbiri giriş sözü ilə açaraq seminar iştirakçılarını İctimai Birliyin fəaliyyəti, gördüyü işlər haqqında və seminarın mahiyyəti ilə bağlı geniş məlumat vermişdir. Daha sonra M. Babaşlı "Erməni xisləti ədəbi nümunələrdə” mövzusunda geçirilən seminarın əhəmiyyəti barədə gələn qonaqlara məlumat verdi. M. Babaşlı qeyd etdi ki, uzun illər Azərbaycan yazıçıları öz əsərlərində saxta xalqlar dostluğu ideyasına sadiq qalaraq bu mənfur xalqın nümayəndələrini ədalət və demokratik nöqteyi-nəzərdən canlandırmağa çalışıblar. Ümumilikdə, XIX əsrin sonu, XX əsrin əvvəllərində dövrün mənzərəsinə nəzər salsaq erməni məsələsi, ermənilərin iç üzü həm bu dövrdə yazan sənətkarlarımızın əsərlərində özünü açıq şəkildə büruzə verir, həm də bu mənzərə müasir Azərbaycan ədəbiyyatında da öz aktuallığını daima qoruyub saxlayır. Onu da qeyd edək ki, məhz bununla bağlı 24-26 aprel 2014 -cü il tarixində Azərbaycan Yazıçılar Birliyi, Türkiyə Yazarlar Birliyi və "Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bakıda keçiriləcək olan "Müasir Azərbaycan və Türkiyə ədəbiyyatında erməni məsələsi” adlı Beynəlxalq Konfrans keçiriləcəkdir.

Seminarın qonağı Əziz Ələkbərli seminara dəvət olunduğu üçün İctimai Birliyin rəhbərliyinə təşəkkürünü bildirdi və seminar iştirakçılarını salamladı. Ə.Ələkbərli "Erməni xisləti ədəbi nümunələrdə” mövzusunda belə bir seminarın keçirilməsinin çox əhəmiyyətli olduğunu bildirərək məsələnin əhəmiyyəti barədə seminar iştirakçılarına ətraflı məlumat vermiş, Azərbaycan yazıçı və dramaturqlarının erməni xisləti və onların törətdikləri faciələrlə bağlı öz əsərlərində ətraflı məlumat verdiklərini qeyd etmişdir. Belə ki, M.F.Axundzadənin "Sərgüzəşti mərdi-xəsis” (Hacı Qara) əsərində erməni kəndlilərinin, N.Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük” komediyasında kefli Qıdının timsalında, o cümlədən, XX əsrin əvvəllərində realist nəsrimizin ən görkəmli nümayəndələrindən olan C.Məmmədquluzadənin "Kamança” pyesində kamançaçı Baxışın, "Usta Zeynal” hekayəsində Muğdusi Akopun timsalında, eləcə də "Erməni və müsəlman övrətləri” başlıqlı felyetonunda, N.Nərimanovun "Bahadır və Sona” romanında və başqa əsərlərdə üzdə dost görünən, arxadan isə quyu qazan bu murdar xalqın iç üzü, qorxaqlığı, hiyləsi və.b bu cür insanlığa sığmayan iyrənc hərəkətləri üstüörtülü də olsa, ustalıqla göstərildiyini qeyd etmişdir.

Görüşün sonunda Əziz Ələkbərli GEAD İctimai Birliyinə uğurlar arzu etdimişdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA