Metronun yeni rəisindən gülməli qadağa: "Tualet olmaz!"

img

11-04-2014 [22:10]


Bakı Metropoliteninin stansiyalarında ictimai tualetlər bağlanıb. Metropolitenin "Sahil”, "Koroğlu” və "Gənclik” stansiyalarındakı tualetlər sərnişinlər üçün qapadılıb.

Metropoliten əməkdaşlarının dediyinə görə, bu barədə Metropolitenin sədri Zaur Hüseynov tapşırıq verib. Əməkdaşlar bildiriblər ki, Metropoliteninin bütün stansiyalarındakı tualetlərdən istifadə sərnişinlərə qadağan edilib.

Metrostansiyalardakı tualetlərdən yalnız Metropolitenin işçiləri istifadə edə bilərlər.

Məsələ ilə bağlı Metropolitenin rəhbərliyindən münasibət öyrənmək istəsək də, rəsmi şəxslərin heç biri ilə əlaqə saxlaya bilmədik.

Lent.az 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA