“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” yeni fərman imzalandı

img

11-04-2014 [21:57]



Azərbaycan prezidenti İlham Əliyev "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunda dəyişikliklər edilməsi barədə 2014-cü il 25 fevral tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.

 Mia.az Prezidentin rəsmi saytı olan President.az-a istinadən xəbər verir ki, fərmana əsasən, Nazirlər Kabineti Azərbaycan qanunlarının və Azərbaycan prezidentinin aktlarının "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin edib prezidentə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat verməlidir.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA