Əli Əhmədov BQXK-nin Azərbaycan nümayəndəliyinin yeni rəhbəri ilə müzakirə aparıb

img

23-06-2022 [14:14]


Baş nazirinin müavini Əli Əhmədov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin səlahiyyətləri başa çatmaqda olan rəhbəri Arian Bauer və nümayəndəliyin yeni rəhbəri Draqana Koiç ilə görüşüb.

Nazirlər Kabinetindən Mİa.az-a bildirilib ki, görüşdə Azərbaycan ilə BQXK arasında uzunmüddətli əməkdaşlığın uğurlu nəticələri barədə söhbət açılıb, birgə həyata keçirilən layihələrin önəmi vurğulanıb.

Həmçinin BQXK-nın Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti ilə bağlı cari və perspektiv məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR