Ukrayna və Moldova Aİ-yə üzvlüyə namizəd statusu verildi, Gürcüstana isə... - Açıqlamalar (YENİLƏNİB)

img

23-06-2022 [23:05]


Avropa İttifaqı (Aİ) Ukrayna və Moldovaya üzvlüyə namizəd statusu təqdim edib.

Mia.az xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel tviter hesabında bildirib.

O, Ukrayna və Moldova prezidentləri - Volodimir Zelenski və Maria Sandunu qəbul olunan qərar münasibətilə təbrik edib.

Ş.Mişel qeyd edib ki, Gürcüstanın Avropa perspektivi tanınıb və ölkəyə Aİ-yə üzvlüyə namizəd statusu prioritetlərin yerinə yetirilməsindən sonra veriləcək: “Gürcü xalqını təbrik edirəm. Aİ-Gürcüstan münasibətlərində tarixi məqam: Gürcüstanın gələcəyi Aİ daxilindədir”.

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı liderlərinin Ukraynaya namizəd statusu verilməsi qərarını alqışlayıb: “Mən Aİ liderlərinin Ukraynaya namizəd statusu verilməsi qərarını səmimiyyətlə alqışlayıram. Bu, Ukrayna ilə Aİ arasında münasibətlərdə unikal və tarixi məqamdır”.

Moldova Prezidenti Maya Sandu da Avropa Şurasının ölkəyə Avropa İttifaqına üzvlüyünə namizəd ölkə statusu verilməsi barədə qərarını tarixi hadisə adlandırıb.

***

Avropa İttifaqı Şurası bu gün Ukrayna və Moldovaya namizəd statusu verəcək.

Mia.az xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel açıqlama verib.

O bildirib ki, bu, Avropa İttifaqı üçün həlledici andır: "Bu gün biz geosiyasi bir seçim edəcəyik. Mən əminəm ki, bu gün biz Ukrayna və Moldovaya namizəd statusu verəcəyik və Ukrayna, Gürcüstan və Moldovaya güclü, aydın Avropa perspektivi ifadə edəcəyik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR