Azərbaycan milli komandasının oyunlarının təqvimi açıqlanıb

img

23-06-2022 [13:27]


Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Avroliqa-2022 turnirinin təsnifat mərhələsindəki oyunlarının təqvimi bəlli olub.

Mia.az xəbər verir ki, A Divizionunda yer alan yığma ilk matçını iyulun 1-də İtaliyaya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.

İyulun 2-dəki rəqib Almaniya seçməsi olacaq. Bu matçın başlama saatı 15:30-dur. Milli komanda 3-cü oyununda isə İspaniyanı sınağa çəkəcək. iyulun 3-də baş tutacaq qarşılaşma da saat 15:30-da start götürəcək.

Qeyd edək ki, təsnifat mərhələsinin matçları Portuqaliyanın Nazare şəhərində təşkil olunacaq. Qrupda ilk 2 yerin sahibi yarımfinala adlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq