Abşeron orta məktəbində dəhşətli hadisə; 15 yaşlı qıza 3 məktəbli təcavüz edib

img

11-04-2014 [19:02]


Bu ilin mart ayının 15-də Xırdalanda yerləşən 2 saylı məktəbdə baş verən bir cinayət əməli ört-basdır edilir.

Mia.az Dia.az-a istinadən xəbər verir ki, mart ayının 15-i tarixində məktəbin 11-ci sinfində oxuyan 3 oğlan uşağı (onların kimlikləri məlumdur, sadəcə olaraq qeyri-etik hadisə olduğundan adlarını çəkmirik -red.) 9-cu sinifdə oxuan 15 yaşlı qızı zorlayıblar.

Məlumatda deyilir ki, həmin hadisə bu gün ört-basdır edilir. Halbuki hadisəni törədən şəxslər Bakının Nəsimi rayonu ərazisində həbs olunublar və 19-cu polis bölməsinə gətiriliblər. Lakin sonradan 2 saylı məktəbin direktoru Ədalət Camalovanın müdaxiləsi ilə hər üç şagird sərbəst buraxılıb.

Məlumatı verən şəxs dia.az-a açıqlamasında iddia edir ki, Ədalət xanımın bu hadisəyə müdaxilə etməsi bu iyrənc hərəkətin onun məktəbinin adına ləkə gətirməsi ilə əlaqədar deyil: «Sadəcə olaraq, həbs olunan, zorlamada ittiham olunan məktəblilərdən biri Ədalət xanımın yaxın qohumudur».

Mənbə iddia edir ki, bu işdə Abşeron rayon təhsil idarəsinin müdirəsi İradə xanım da maraqlı tərəf kimi çıxış edib, cinayət əməli törədən şagirdlərin buraxılmasında rol oynayıb: «Amma maraqlı burasıdır ki, hadisə barədə Abşeron rayon icra hakimiyyətinin başçısının məlumat almasının qarşısı müxtəlif üsullarla önlənilməkdədir. Yəni əgər RİH rəhbəri Zakir Fərəcov bundan xəbər tutarsa, dərhal cinayət işi açıla bilər. Halbuki məhz yerli təhsil şöbəsinin müdirəsinin və həmçinin məktəb direktorunun müdaxiləsi səbəbindən 19 saylı Polis Bölməsində iş qaldırılmayıb».

Onu da bildirək ki, baş verənlərlə bağlı 19-cu polis bölməsilə əlaqə saxladı. Bölmədən dia.az-a bildirildi ki, onlar bu olayla bağlı bilgisizdirlər. Məktəbin direktoru Ədalət xanım isə portalımızın əməkdaşlarının etdiyi telefon zənglərinə cavab verməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA