İlham Əliyevdən üç sərəncam: 1 nəfər general-leytenant oldu, 1 nəfər təyinat, 11 nəfər medal aldı

img

11-04-2014 [18:42]



Bu gün prezident İlham Əliyev daha iki sərəncam verib.

Mia.az xəbər verir ki, sərəncamın biri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti rəisinin müavini Elmar Qəzənfər oğlu Novruzova feldyeger xidməti general-mayoru ali xüsusi rütbəsinin verilməsi haqqında olub. Həmin sərəncamla  Dövlət Feldyeger Xidmətinin rəisi, feldyeger xidməti general-mayoru Ədalət Məhəmməd oğlu Paşayevə feldyeger xidməti general-leytenantı, Xidməti rəisinin müavini, feldyeger xidməti polkovniki Elmar Qəzənfər oğlu Novruzova isə feldyeger xidməti general-mayoru ali xüsusi rütbələri verilib.

Digər sərəncam isə təltiflərlə bağlı olub.

Mia.az xəbər verir ki, Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin aşağıda adları çəkilən əməkdaşları feldyeger rabitəsi orqanlarında qulluqda fərqləndiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə görə təltif edilblər:

3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə:
Bağırov Ramiz Sabir oğlu
Hüseynli Fuad Məhəmməd oğlu
Mahmudov Vaqif Yunis oğlu

"Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə:

Hacıyev Lətif Balaşirin oğlu
Nəbiyev Vahid Cavad oğlu
Nəzirov Vaqif Cəlal oğlu
Nuri Ağa-Əli Tofiq oğlu
Quliyev Yaşar Cəmiyyət oğlu
Ramazanov Nurəddin Alov oğlu
Sultanov Samir Həsənağa oğlu

Teymurov Əkrəm Qələmşah oğlu

***

Prezident İlham Əliyev Yaşar Teymur oğlu Əliyevin Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Aqşin Şəfaət oğlu Mehdiyev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi, eyni zamanda, Azərbaycan Respublikasının Kuba Respublikasında, Yamaykada, Nikaraqua Respublikasında, Venesuela Bolivar Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılsın.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA