Çempionlar Liqası: "İnter" qalib gəldi

img

21-06-2022 [18:57]


UEFA Çempionlar Liqasında 2022/2023 mövsümünə start verilib.

Mia.az xəbər verir ki, bu gün San Marinonun "La Fiorita" və Andorranın "İnter" komandaları arasında ilkin mərhələnin yarımfinal matçı ilə başlayıb.

İslandiyanın paytaxtı Reykyavikdə keçirilən qarşılaşma Andorra təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər yarımfinal oyununda "Estoniya" "Levadiya"sı İslandiya "Vikinqur"u ilə üz-üzə gələcək.

Bu gün keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:30-da start götürəcək. Cütün qalibi finalda "İnter"in rəqibi olacaq. Həlledici oyun iyunun 24-də gerçəkləşəcək.

Qeyd edək ki, ilkin mərhələnin qalibi növbəti raundda İsveç "Malmö”sü ilə qarşılaşacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı