11-04-2014 [17:16]
(Dördüncü yazı)
Bakıya köhnə tanışlara zəng vurub Cəbrayıldakı vəziyyəti demək istəyirdim. İcra Hakimiyyətinin növbətçi otağında qoyulmuş telefonla Tamerlan Qarayevə zəng vurdum. Yerində yox idi. Köməkçisinə vəziyyəti dedim. Söz verdi ki, Tamerlan bəyə çatdıracaq. Sonra Rövşən Cavadova zəng vurdum. Dedi ki, Vaqif, vəziyyətdən xəbərim var. Telefonla danışan zaman icra hakiminin müavinləri Vaqif Məmmədov, Arif Məhidov, hüquq şöbəsinin müdiri Qürbət də orda idi.
18 avqust 1993-cü il
Əhali kütləvi sürətdə rayon mərkəzini tərk edirdi. Yol kənarında durub gedənlərə baxıram. Axı niyə belə oldu? Bu suala cavab tapa bilmirəm. Tahir, Mahir, Habil mənə ürək-dirək verirlər. Axı bu beş ildə ermənilərə qan udduran Cəbrayıl niyə bu günə düşdü? Kapitan R.Babayevin Cəbrayıldan uzaqlaşdırılması cəbrayıllılara baha başa gəldi. Əgər bu an R.Qazıyev, Ə.Hümbətov kimiləri əlimə düşsəydi, onları özüm güllələyərdim.
TMR elan edən Ə.Hümbətov müsəlman deyil. Cəbrayılda, Füzulidə, Qubadlıda, Zəngilanda ana-bacılar göz yaşı tökür, balalarımızın fəryadı göyə ucalır, igid oğlanlarımız həlak olur. Bu adam isə... Yox, o, insan deyil! Əgər belələri məhv edilməsə, Azərbaycanın xilası yoxdur. Məgər Rəhimin, Əlikramın xəyanətini görmürdülərmi? Əgər hökumət onların cəzasını verməsə, Allah özü onların cəzasını verəcək. Ancaq hələ gec deyil. Kömək gəlsə, Cəbrayılı xilas etmək mümkün olacaq. Yoxsa, Qubadlı, Zəngilan rayonlarının vəziyyəti pis olacaq. Allah, o günü mənə göstərmə.
Bakıya zəng vurmaq istəyirəm. Hara zəng vururam, cavab verən yoxdur. Birdən "Səhər” qəzeti yadıma düşdü. 39-00-02-yə zəng vururam. Şakir Yaqubov cavab verir. Qəhər məni boğur. Rabitə otağında telefonçu Nəsib dayı və müdir Məmməd Əliyev məni sakitləşdirir. Ağlaya-ağlaya Şakir müəllimdən xahiş edirfəm ki, birtəhər Milli Məclisdə İbrahim İbrahimova xəbər verin, Cəbrayılda vəziyyət pisdir. Dərdimizi ordakılara desin. Şakir müəllim söz verir ki, arxayın ol, çatdıracağam. Öz-özümə fikirləşirəm, hanı əslən Cəbrayıldan olan deputatlar? Murad Babayev, Əli Həsənov, Abbasqulu Fərzəliyev niyə susur? Axı namus, qeyrət, torpaq əldən gedir?
19 avqust 1993-cü il
Vəziyyət get-gedə ağırlaşır. Ermənilər Qışlaq, Süleymanlı, Doşulu, Qaracallı, Balyand, Daşkəsən kəndlərini işğal ediblər. Respublikanın hər yeri ilə əlaqə kəsilib. Orduda fərarilik kütləvi hal alıb. Deyilənə görə, Bakıdan kömək gəlir. Bakıya gedənlər (dövlət rəhbərləri ilə görüşə gedənlər) qayıdıb. Surət Hüseynov söz verib ki, kömək edəcək. Mən ona inanmıram. S.Hüseynov, R.Qazıyev, Ə.Hümbətov eyni adamdır. Azərbaycanın bugünkü məğlubiyyəti onların adı ilə bağlıdır. Dəfələrlə Cəbrayıl və Füzuli şəhərləri təyyarələrdən bombalanıb. Bu gün də öz təyyarəmiz Şahvəlli kəndini bombaladı. "Xalqım mənə əmr etsə...”
Nə oldu? Əsl qiyməti tarix özü verəcək. Kaş, zənnimdə yanılım.
20 avqust 1993-cü il
Saat 19.30 dəqiqədir. Mahir, Tahir Allahverdiyev qardaşları, Azər İsmayılovla birlikdə polis şöbəsinin qabağında dayanmışıq. Xəbər gəlir ki, ermənilərin bir tankı Şahvələdli tərəfdən rayon mərkəzinə girib. Vahiməyə düşən dinc sakinlər qaçırlar. Kimdən soruşuruq ki, tankı görmüsənmi, hamı cavab verir ki, belə deyirlər. Tahir, Mahir, Azər silahsızdır. Məndə bir AKM avtomatı, 2 ədəd F-1 qumbarası var. Polis starşinası Yəhya Mirzəyevdən xahiş edirəm ki, silah versinlər. Deyir ki, yoxdur. Bir də xahiş edirəm ki, silah versinlər. Deyir ki, yoxdur. Xahiş edirəm ki, heç olmasa, bir ədəd qranatatan və tank əleyhinə qumbara verin. Əgər deyilənlər düzdürsə, biz onların qabağını saxlayacağıq. Tahir, Mahir, Azər bütün silah növlərindən istifadə etməyi bacarır. Nəhayət, polis starşinası Müzəffər dayının və rəis müavini Vaqif Hüseynovun təkidindən sonra bizə 1 AKM avtomatı, 2 ədəd F-1 qumbarası və 1 ədəd tank əleyhinə qumbara verdilər. Yol polis müvəkkili, starşina Ramil də 1 ədəd tank əleyhinə qumbara götürdü. Ramil öz maşını ilə "Çinar” istiqamətində, biz isə "Bəyalı” deyilən istiqamətdə, yəni tank gələn Şahvələdli istiqamətində irəliləyirik. Ermənilər müxtəlif təyinatlı silahlarla şəhəri atəşə tutduğundan ehtiyatla irəliləmək lazım gəlir. Mərmilər sağımızda, solumuzda partlayırdı.
(Ardı var)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi