II və III qrup üzrə qəbul imtahanının ikinci cəhdinə qeydiyyat başa çatıb

img

21-06-2022 [11:22]


II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin ikinci cəhdinə qeydiyyat bu gün saat 11:00-da başa çatıb.

Mia.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, II qrup üzrə 12 792 nəfər (Azərbaycan bölməsi üzrə 11 626, rus bölməsi üzrə 1166 nəfər), III qrup üzrə isə 16 626 namizəd (Azərbaycan bölməsi üzrə 15 139, rus bölməsi üzrə 1487 nəfər) qeydiyyatdan keçib.

Xatırladaq ki, I və IV ixtisas qrupu üzrə imtahan vermək istəyənlər isə 4 iyul saat 23:59-dək Dövlət İmtahan Mərkəzinin internet səhifəsində qeydiyyatdan keçməlidirlər.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsinin ikinci cəhdində 4-17 mart və ya 6-25 aprel tarixlərində I-IV ixtisas qruplarının hər hansı biri üzrə ərizə təqdim etmiş abituriyentlər iştirak edə bilərlər.

Qeyd edək ki, III qrup üzrə qəbul imtahanının ikinci mərhələsinin ikinci cəhdi iyulun 7-də, III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan (II cəhd) və II qrup üzrə qəbul imtahanı (II cəhd) iyulun 7-də keçiriləcək.

Eyni zamanda I ixtisas qrupu üzrə qəbul imtahanının II cəhdi iyulun 20-si, IV qrup üzrə isə iyulun 21-i keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR