AMEA-nın keçmiş prezidenti II Fəxri xiyabanda dəfn olunub (yENİLƏNİB)

img

21-06-2022 [15:26]


Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, fizika-riyaziyyat elmləri doktoru, akademik Eldar Salayev vəfat edib.

Mia.az xəbər verir ki, o, ötən gün 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Salayev Eldar Yunus oğlu 1933-cü ildə dekabrın 31-də Naxçıvan şəhərində anadan olub.

1970-1973-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işlər üzrə direktor müavini işləyib.

1972-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı adını, 1975-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini alıb. 1979-cu ildən professordur. 1980-ci ildə Elmlər Akademiyasının müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib. 1983-1997-ci illərdə Azərbaycan EA-nın prezidenti olub.

Akademik S.İ.Vavilov adına, H.Z.Tağıyev adına, N.Nərimanov adına mükafatların laureatıdır. İslam Akademiyasının üzvüdür.

E.Salayev 420 elmi əsərin və 88 ixtiranın və patentin, 4 mono­qra­fiyanın müəllifidir. “Qırmızı Əmək Bayrağı” və “Şöhrət” ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin!

***

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti, fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Eldar Salayev II Fəxri xiyabanda dəfn olunacaq.

Mia.az xəbər verir ki, dəfndən əvvəl mərhumla vida mərasimi keçiriləcək. Mərasimdə AMEA rəhbərliyi, elm və təhsil xadimləri, ictimaiyyət nümayəndələri iştirak edəcək.

***

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti, fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Eldar Salayevlə vida mərasimi başa çatıb.

Mia.az xəbər verir ki, mərasimdə elm və təhsil xadimləri, mərhumun dostları, ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər E.Salayevlə bağlı xatirələrini bölüşüblər, onun elm və təhsil sahəsindəki xidmətlərindən danışıblar.

Mərhum II Fəxri xiyabanda torpağa tapşırılacaq.

***

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti, fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Eldar Salayev dəfn olunub.

Mia.az xəbər verir ki, II Fəxri xiyabanda torpağa tapşırılıb.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR