İlham Mirzəyevə cinayət işi açıldı- DİN-dən rəsmi açıqlama

img

11-04-2014 [16:04]


Daxili işlər Nazirliyi teleaparıcı və baxıcı İlham Mirzəyevin həbs səbəblərini açıqlayıb. Bu barədə "Qafqazinfo”ya DİN-in mətbuat xidmətinin rəis müavini Ehzan Zahidov açıqlama verib. Onun sözlərinə İlham Mirzəyev polis orqanlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunub:

"İlham Mirzəyevin saxlanmasına səbəb vətəndaşların baxıcı tərəfindən aldadılması ilə bağlı çoxsaylı müraciətləri olub. İlham Mirzəyevə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə  cinayət işi açılıb. Hazırda istintaq gedir”.

***

Maddə 178. Dələduzluq

178.1. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə

- yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

178.2. Eyni əməllər:

178.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

178.2.2. təkrar törədildikdə;

178.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə—

üç min manatdan beş min manatadək miqdarda cərimə və ya   üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (69)

178.3. Eyni əməllər:

178.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;

178.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə;

178.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə—

-  yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA