Çempionlar Liqası: "Qarabağ" Polşa komandası ilə nə vaxt "döyüşəcək?"

img

17-06-2022 [14:24]


"Qarabağ"ın Polşanın "Lex" klubuna qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunlarının vaxtı dəqiqləşib.

Mia.az xəbər verir ki, "köhlən atlar"ın ilk matçı iyulun 5-də səfərdə olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Cavab görüşü isə 1 həftə sonra Bakıda gerçəkləşəcək və saat 20:00-da start götürəcək.

Qeyd edək ki, bu cütün qalibi II təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə qarşılaşacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR