Ziya Məmmədov yük maşınlarına sərt qadağa qoydu

img

11-04-2014 [11:02]



"İri tonnajlı avtomobillərin Bakıya giriş-çıxışı ilə bağlı genişmiqyaslı reydlər keçiriləcək. Artıq məsələ ilə bağlı nəqliyyat naziri Ziya Məmmədov da ciddi tapşırıq verib”.

Bunu AzNews.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin Katibliyinin rəisi Namiq Həsənov bildirib. Onun sözlərinə görə, artıq reydlər hər gün keçirilir və bu iş mütəmadi olaraq aparılacaq: "Bu birmənalı olaraq Nazirliyin iş rejiminin bir hissəsinə çevrilib. Lakin aparılan işlərə baxmayaraq, problemlər qalıb. Yəni sürücülər qadağalara müəyyən səbəblərdən məhəl qoyumur. Nəticədə bu da yollarda digər problemlərin yaranması ilə bərabər, böyük tıxaclara da səbəb olur”. 

N. Həsənov bildirib ki, Nəqliyyat Nazirliyi Daxili İşlər Nazirliyi ilə birlikdə bu məsələnin qarşısının alınması üçün tədbirlər görür: "Qaydaları pozmağa cəhd edən bütün sürücülərə qarşı cəza tədbirləri həyata keçirilir. Gündüz saatlarında bəzi iritonnajlı avtomobillər xüsusi icazələrlə şəhərə daxil olur. Amma girişə saat 23:00 icazə verilir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA