11-04-2014 [10:47]
Milli Ordunun 708-ci briqadasının keçmiş döyüşcülərinin böyük bir qrupu Azərbaycan ictimaiyyətinə müraciət edib.
Mia.az ANS PRESS-ə istinadən xəbər verir ki, daxil olan müraciətdə deyilir: "Biz, bir qrup Qarabağ müharibəsi veteranı bəzi şəxslərin fırıldaq və yalan yolu ilə özünü qəhrəman elan etmək və bu məqsədlə ictimaiyyəti çaşdırmaq və aldatmaq cəhdlərindən çox narahatıq. Bu cəhdlərin müəllifləri döyüşçü İbad Hüseynovu Milli Qəhrəman adlandıraraq aidiyyatı olmadığı terrorçu Monte Melkonyanın məhv edilməsinin müəllifi kimi təqdim edirlər. Bu məsələ ilə baglı Milli Ordunun 708-ci briqadasının keçmiş döyüşçüləri, keçmiş Silahlı Qüvvələrin Hərbi Kəşfiyyat İdarəsinin rəisi dəfələrlə bəyanat verərək bu iddialari ifşa ediblər. Qaradağlı kəndi ilə bağlı yaydıqları yalan məlumatlara da Qaradağlı camaatı etirazını dəfələrlə bildirib. Kəndin şərəfi döyüş yolunu, tarixini heç zaman saxtalaşdırmağa icazə verməyəcəklərini söyləyiblər.
Son zamanlar bəzi veteranlar adından yenə də İbad Hüseynovu Milli Qəhrəman elan edərək aidiyyatı olmadığı məsələyə görə yəni, Melkonyanın öldürülməsinə görə təltif olunmasını ortalığa atırlar. Belə bir təklif "Azərbaycan Müharibə Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev tərəfindən son günlərdə səsləndirilib. Güya bu təşəbbüsün 64 min veteranın adından irəli sürüldüyünü bildirib. Tam məsuliyyətlə bəyan edirik ki, müharibə veteranları olaraq bu şəxsə adımızdan danışmaq səlahiyyəti verməmişik. Onun dedikləri həqiqətə uyğun deyil və İbad Hüseynovun Monte Melkonyanın məhv edilməsinə heç bir aidiyyatı yoxdur! Füzuli Rzaquliyevin mətbuata verdiyi bəyanatdan məlum olur ki, İbad Hüseynov xahiş edir ki, onu Milli Qəhrəman elan etsinlər. Harada görülüb ki, döyüşçü qapı-qapı gəzərək Milli Qəhrəman elan olunmasını xahiş etsin? Belə hərəkət müharibə iştirakçısı üçün təhqirdir. Son bir il ərzində mətbuatda Monte Melkonyanın öldürülməsi haqda dəfələrlə materiallar dərc edilib. Bu təhqiqatlar birmənalı sübut edib ki, Melkonyan 708-ci briqadanın döyüşçüləri tərəfindən öldürülüb və İbad Hüseynovun buna heç bir aidiyyatı yoxdur və onun Muğanlı kəndində Melkonyanın başını kəsməsi barədə söylədikləri gülünc və əsassızdır. Eyni zamanda Melkonyanın məhz Mərzilidə öldürülməsi barədə sübutlar var. Onun dəfninə dair videoçəkilişlər isə başının yerində olduğunu göstərir. İbad Hüseynovun Melkonyanın başı kimi təqdim etməyə çalışdığı kəsilmiş baş fotosu başqa adama aiddir. Mərzili döyüşündə onlarla şəhid verdik ki, bunlardan da ikisi Melkonyanı məhv etmiş BMP ekipajının üzvləridir. Həmin şəxslər ölümlərindən sonra 2003-cü ilin iyununda "Azərbaycan bayrağı” ordenilə təltif ediliblər. Bütün bu söz-söhbətlər düşməni məhv edən döyüşçülərin xatirəsi və xidmətlərinin unutdurulması fonunda baş verir. Buna necə yol vermək olar? Qanları tökülənlərin xidmətlərini necə mənimsəmək olar? Şəhidlərin xatirəsini tapdalayaraq bunun üzərində necə saxta şan-şöhrət yaratmaq olar?Mia.az onu da xəbər verir ki, Xocavəndin icra başçısın Eyvaz Hüseynovun qardası olan İbad Facebook-da "VİP İbad Hüseynov" adlı səhifə yaratmaqla izləyicilrin ciddi tənbehləri ilə qarşılaşıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi