Akar Gürcüstanın müdafiə naziri ilə müzakirə aparıb - Brüsseldə 

img

15-06-2022 [17:31]


Brüsseldə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze və Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında görüş olub.

Bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.

NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclası çərçivəsində baş tutan görüşdə tərəflər iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq və gələcək planları müzakirə ediblər.

C.Burçuladze türkiyəli həmkarını Gürcüstanın Müdafiə Qüvvələrində həyata keçirilən islahatlar və Türkiyənin hərbi təhsil sahəsində göstərdiyi dəstək barədə danışıb.

Görüşdə Qara dəniz regionunda təhlükəsizlik, bölgədə sülh və sabitlik məsələləri ətrafında da fikir mübadiləsi aparılıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR