"Sürix"inin prezidenti: ""Qarabağ" çətin rəqibdir"

img

15-06-2022 [17:40]


"Əvvəlcə yaxşı xəbərdən başlayaq: Biz ilk matçımızı səfərdə keçirəcəyik. Bu, o deməkdir ki, cavab görüşünə öz meydanımızda çıxacağıq və iki mümkün rəqibdən hansının stadionuna gedəcəyimiz üzərində düşünməyəcəyik".

Bunu İsveçrə "Sürix"inin prezidenti Ansilyo Kanepa UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki mümkün rəqibləri barədə danışarkən deyib.

O bildirib ki, həm Polşa "Lex"i, həm də Azərbaycan təmsilçisi "Qarabağ" çətin rəqibdir: "Lex" güclü Polşa Ekstraklasasında bir çox uğura imza atıb. Bu komandanın böyük beynəlxalq təcrübəsi də var. Eyni sözləri ikinci mümkün rəqib "Qarabağ" barədə də demək olar. Ağdam təmsilçisi Azərbaycan Premyer Liqasında uzun illərdir dominantlıq edir və böyük beynəlxalq təcrübəyə malikdir".

İstənilən halda, iki çətin rəqibdən biri ilə qarşılaşacaqlarını söyləyən Kanepa növbəti mərhələyə keçmək üçün mümkün olan hər şeyi edəcəklərini vurğulayıb/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı