Ramil Usubov danışdı, yeni mesajlar verdi: "Cənubi Qafqazda əsas güc mənbəyi, söz sahibi Azərbaycandır və..."
14-06-2022 [10:40]
“Son həftələr Ermənistan rəsmilərinin müxtəlif müzakirə masalarında və sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı danışıqlarda iştirakı göstərir ki, onlar güzəşt limitinin tükəndiyini anlayırlar”.
Mia.az xəbər verir ki, bu sözləri Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuata müsahibəsində deyib.
General bildirib ki, süni maneələr yaradan Ermənistanın əsassız iddialardan əl çəkməkdən, regional əməkdaşlıqdan başqa yolu yoxdur: “Müharibədəki sarsıdıcı məğlubiyyət Ermənistanın iqtisadi-sosial durumunu tam iflasa sürükləyib, bu dövlətdə daxili siyasi vəziyyət az qala vətəndaş müharibəsi həddinə çatıb. Digər tərəfdən, sülh danışıqlarına etiraz məqsədilə aksiyalar təşkil edən müxalifətin öz məqsədinə çatmayacağı aydın olunca, onlara qoşulanların sayı getdikcə azalır. Həm də bu mitinqlərdə iştirak edənlərin əksəriyyəti yalnız ölkədəki acınacaqlı sosial duruma etirazlarını bildirirlər. Görünən odur ki, Ermənistan cəmiyyətində sülh danışıqlarına həm istək, həm də dəstək var.
Unudulmamalıdır ki, erməni xalqı ötənilki seçkilərdə "müharibə partiyası - hərbi xunta"nı təmsil edən müxalifətə yox, Azərbaycanla danışıqlara başlayacağını bəyan edən hakimiyyət partiyasına etimad göstərdi. Xalq Paşinyana mandatı məhz Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün verib, yəni erməni xalqı düşmənçilikdən bezib, çörək, iş və sabitlik istəyir.
Prezident İlham Əliyevin Cənubi Qafqazda formalaşdırdığı yeni təhlükəsizlik sistemində bütün dövlətlərin və xalqların rifahının qorunacağı, inkişafının təmin ediləcəyi, gələcəyi üçün risklərin olmayacağı Ermənistan əhalisinə yaxşı məlumdur. Qarabağın işğal altında olduğu 28 il ərzində orada olan bərəkətli torpaqlardan, zəngin təbii sərvətlərdən 20-30 hərbi cinayətkardan başqa, erməni xalqı nə xeyir gördü ki?! Qarabağda məskunlaşan, Ermənistanda yaşayan əhalinin sosial vəziyyəti bu illərdə günü-gündən pisləşdi, səfalətə sürükləndi. Ancaq indi onların müqayisə imkanları vardır. 28 il talan edilən, daşı daş üstündə qalmayan ərazilər ötən ilyarımda Qafqazın ən nəhəng inşaat meydanına çevrilib, beynəlxalq hava limanları tikilir, müasir yollar, kilometrlərlə uzanan modern tunellər inşa olunur, "ağıllı kəndlər" salınır.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ və Şərqi Zəngəzurda tarixi irs bərpa edilir, bölgənin mədəni-mənəvi inciləri yenidən həyata qayıdır, məktəblər, xəstəxanalar, sosial-humanitar infrastrukturlar inşa olunur. İşğalın amansız terroruna məruz qalan Şuşada məhz bu himayənin və qayğının nəticəsində indi elə bir həftə yoxdur ki, beynəlxalq tədbir, festival, görüş keçirilməsin”.
R.Usubov qeyd edib ki, Qarabağın və Şərqi Zəngəzurun hər qarışında quruculuq, intibah və təhlükəsizlik bərqərar olur: “Orada insanların istifadə edəcəyi bütün infrastrukturların normativləri, əslində, zamanı qabaqlayır və sabahın texnologiyalarına uyğunlaşdırılır.
Bunları Azərbaycan dövləti edir və ermənilərə də deyilir ki, gəlin, bu inkişafın, təhlükəsiz həyatın bir parçasına çevrilin.
Cənab İlham Əliyev bölgədə ədaləti və təhlükəsizliyi təmin etdi. Onun qurucu, yaradıcı missiyası isə Cənubi Qafqazda tərəqqinin və sabitliyin yeganə təminatçısıdır.
Qərb ölkələrinin bölgədə həlledici amil kimi dəyərləndirdikləri Azərbaycan və onun qüdrətli Lideri öz uğurlu təşəbbüsləri ilə Avrasiya məkanının enerji, nəqliyyat, logistika təhlükəsizliyini yaradır, mühüm geostrateji əhəmiyyətə malik qlobal layihələrə müəlliflik edir.
İkiəsrlik münaqişəni 44 gündə həll edən Müzəffər Ali Baş Komandan indi Azərbaycanın inkişafının, təhlükəsizliyinin əsrlər boyu davam edəcək möhkəm təməlini formalaşdırır. 29-cu ildönümünü qeyd etdiyimiz Qurtuluşun ən böyük həqiqəti, təntənəsi də budur”.
Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, Prezident İlham Əliyev Naxçıvana açılacaq birbaşa quru yol dəhlizinin alternativ variantı ilə sübut etdi ki, Cənubi Qafqazda əsas güc mənbəyi, söz sahibi Azərbaycandır və heç bir maneə onu hədəflərindən çəkindirə bilməz:
"Ölkəmiz indi Ermənistanı qlobal layihələrdə iştirak imkanından növbəti dəfə təcrid edə bilər. Bu, İrəvanın son şansıdır və o, bu layihədən kənarda qalmaqla iqtisadi-sosial böhrandan xilas üçün yeganə imkanı da itirmiş olacaq. Ermənistanın təslimçilik aktını imzalamasından sonra Azərbaycan və Ermənistan rəhbərləri arasında Rusiya, Avropa İttifaqı Şurası və Fransa prezidentlərinin təşəbbüsü ilə real və onlayn formatda 7 görüş keçirilib. Fakt odur ki, danışıqların və sülh gündəliyinin məzmununu birmənalı olaraq cənab İlham Əliyev müəyyən edir. Müzəffər Komandan danışıqlar masasında da çevik və zəngin diplomatik məharəti ilə regionda yaratdığı yeni reallıqların prinsiplərini, Azərbaycanın milli maraqlarını tam ifadə edir. Hər görüşə Prezident İlham Əliyev konkret və dəyişməz şərti ilə gedir. Artıq müzakirələrdə cənab Prezidentin tələbi ilə "Dağlıq Qarabağ münaqişəsi", "status" kimi ifadələrdən istifadə edilmir, yəni onlar tarixin arxivinə gömülüb.
Vətən müharibəsindəki zəfəri postmüharibə dövründə diplomatik qələbələrlə davam etdirən Azərbaycan Prezidenti regionda sülhün, təhlükəsizliyin və inkişafın təmin olunmasına dair təkliflərini təqdim edib: “Bölgədə sülh və etimadın təşviqi, I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin müəyyənləşməsi, ərazilərin minalardan təmizlənməsi, kommunikasiya-nəqliyyat xətlərinin açılması və müvafiq infrastrukturun yaradılması, gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı fəaliyyət əsasında təmin olunması, ərazidə reabilitasiya və rekonstruksiya işlərinin aparılması, birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması və digər bu kimi məsələlər danışıqların mühüm mövzularıdır.
Ancaq indi ilkin hədəf sülh müqaviləsi üzrə danışıqlara başlamaq və sərhədlərin delimitasiya-demarkasiyası ilə bağlı müzakirələri keçirməkdir. Artıq müvafiq dövlət komissiyasının tərkibi hər iki tərəfdə təsdiq olunub və sərhəd ərazisində ilk görüş keçirilib. Düzdür, Ermənistan bir neçə ay bu görüşü ləngitdi, danışıqlardan yayındı, ancaq nəticə etibarilə müzakirə masasına oturmağa məcbur oldu".
R.Usubovun sözlərinə görə, növbəti mərhələ Zəngəzur dəhlizinin açılmasıdır ki, artıq İrəvan burada da maneə yaratmaq imkanlarını itirir: “Bu prosesdə də möhtərəm Prezidentin yüksək diplomatik məharəti əsas rol oynayır. Onun təşəbbüsü ilə İranla imzalanan anlaşma memorandumu əsasında, İran-Ermənistan sərhədindən 5 kilometr cənubdan keçərək Şərqi Zəngəzur ilə Naxçıvanı birləşdirən yeni nəqliyyat qovşağı çəkiləcək. Dəmiryol xəttindən, çoxzolaqlı avtomobil şosesindən, elektrik enerji ötürmə xətlərindən, rəqəmsal rabitə və başqa elementlərdən ibarət olacaq yeni nəqliyyat arteriyası Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın manevrlərini tam əhəmiyyətsiz edir. Ermənistan hakimiyyəti belə düşünür ki, yeni nəqliyyat qovşağı məsələsində guya üstün mövqedədir və şərtləri o diktə etməlidir. Ancaq möhtərəm Prezidentimiz cəmi 5 kilometr coğrafi fərqlə bu nəqliyyat qovşağının istifadəyə veriləcəyini bəyan etdi və Ermənistan növbəti dəfə hesablarında yanıldı.
Bölgədə formalaşan yeni təhlükəsizlik arxitekturasında cənab Prezident alternativ variantlar vasitəsilə sabitlik və inkişaf prosesini həm nə vaxtsa yaranacaq risklərdən qoruyur, həm də Azərbaycanın mürəkkəb situasiyalarda çoxgedişli manevr imkanlarını artırır.
Bu kontekstdə Azərbaycan Prezidentinin müdrik diplomatik bacarığının daha bir nümunəsi olan sənədə toxunmaq istərdim. Dövlət başçımızın cari ilin fevralında Rusiya Prezidenti ilə imzaladığı "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" dövlətlərarası münasibətləri regional və beynəlxalq təhlükəsizliyin, sabitliyin təmin edilməsinə və möhkəmləndirilməsinə töhfə verəcək keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırdı. Rusiyanın bölgəmizdə oynadığı rolu, tutduğu strateji mövqeyi nəzərə alsaq, bu fövqəldövlətin qlobal və regional miqyasda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə Azərbaycanla qarşılıqlı fəaliyyət göstərəcəyi öhdəliyini götürməsi böyük diplomatik nailiyyətdir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi