"Ziya Məmmədovla aramızda heç bir gərginlik yoxdur" - "Tapança Nazim" danışdı

img

10-04-2014 [12:13]



Bakı şəhər Nəqliyyat Departamentinin keçmiş rəisi Nazim Əsgərov ona "Tapança Nazim” deyilməsi və Bakı Şəhər İcra Hakimiyyəti tabeçiliyində yaradılan "İnterservis” Xidmət Departamentinin rəhbəri vəzifəsinə təyin olunmasına münasibət bildirib.

 Mia.az Publika.Az-a istinadən xəbər verir ki, N.Əsgərov açıqlamasında artıq iki ildir yeni vəzifəyə təyin olunduğunu söyləyib. O deyib: "Mən artıq iki ildir ki, bu vəzifəyə təyin olunmuşam. Burada da işlər plana uyğun olaraq yüksək səviyyədə həyata keçirilir. 

Digər tərəfdən isə mənə "Tapança Nazim” adını kim qoyubsa, başını böyük daşa döyüb. Mənim öz adım var, ali savadlı oğlanam, 18 yaşından da istehsalatda və ayrı-ayrı vəzifələrdə çalışmışam. Mən "Tapança Nazim” deyiləm. Bunu mənim haqqımda məlumatı olmayanlar deyə bilər”.

N.Əsgərov nəqliyyat naziri Ziya Məmmədovla münasibətlərinin pis olması barədə mətbuatda yayılan məlumatlara da toxunub: "Mənimlə Ziya Məmmədov arasında heç bir gərginlik yoxdur. Bizim haqqımızda deyilənlər yalandır”.

Qeyd edək ki, sözügedən şəxs uzun illər nəqliyyat sektorunda çalışıb. Və hər zaman "Tapança Nazim" adı ilə çağırılıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA