Ağcabədidə əməliyyat: saxlanılanlar var

img

13-06-2022 [10:14]


Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakinləri Emin Təhməzov və Elman Mamedov saxlanılıblar.

Mia.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupuna istinadla bildirit ki, onların yaşadıqları evlərin həyətyanı sahələrinə müvafiq qaydada baxış keçirilib. Baxış zaman E.Təhməzova məxsus 76 ədəd və E.Mamedova məxsus 71 ədəd aqrotexniki qaydada qulluq edilərək yetişdirilən çətənə bitkiləri aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR