Azərbaycan Ordusunda daha bir intihar

img

10-04-2014 [11:30]


Azərbaycan Ordusunda intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən "N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin giziri, Ələkbərov Samir Sərxan oğlu özünü asıb. 

Hərbi qulluqçunun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, S. Ələkbərov Ağstafa rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA