“Sputnik Azərbaycan” saytının şef-redaktoru xanımına Azərbaycanda qalma icazəsi verilmədi

img

10-06-2022 [21:18]


“Sputnik Azərbaycan” saytının şef-redaktoru Veranika Antonova-Trizno yaxın günlərdə Azərbaycanı tərk etməli olacaq.

Mia.az Oxu.az-a istinadla xəbər verir ki, onun ölkə ərazisində işləmək üçün icazəsinin vaxtının uzadılmasına imtina cavabı gəlib.

Qeyd edək ki, eyni zamanda “Sputnik Azərbaycan”ın mətbuat mərkəzinin prodüseri və V.Triznonun həyat yoldaşı olan Anton Pavlovun icazəsinin də vaxtı uzadılmayıb.

Hər iki şəxs Belarus vətəndaşıdır.

Məlumatı Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini Elnur Kələntərli təsdiq edib. O bildirib ki, sözügedən şəxslərin iş icazələrinin uzadılması ilə bağlı müraciətlərinə imtina cavabı verilib.

Onu da bildirək ki, ölkədə iş icazəsinin uzadılması ilə bağlı edilən müraciətin ləğvi zamanı avtomatik olaraq yaşayış icazəsi də ləğv edilir.

Qeyd edək ki, İnzibati İcraat haqqında Qanunun 62-ci maddəsinə əsasən, qərar KİV-də dərc edildiyi gündən 10 gün sonra ünvana çatmış hesab olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR