09-04-2014 [17:04]
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AMEA-nın mətbuat xidmətindən verilən xəbərə görə, iclasda AMEA prezidenti, akademik Akif Əlizadə iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
İlk olaraq Botanika İnstitutunun Bioinformatika laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru İlham Şahmuradovun "İnteqrativ biologiya və bioinformatika” adlı məruzəsi dinlənilib. Bildirilib ki, eukariot genomlarının təşkili, ekspressiyası və təkamülünün xüsusiyyətlərinin kompüuter analizi sahəsində aparılmış tədqiqatlar nəticəsində insan, heyvan və bitki genomlarının fəaliyyətini tənzimləyən bəzi elementlərin axtarışı üzrə yüksək dəqiqliyə malik kompüter proqramları, bitki promotorları üzrə məlumat bazası yaradılıb. Ali bitkilərdə plastid və mitoxondrilərdən nüvəyə gen transferinin bir sıra təkamül və funksional xüsusiyyətləri aşkar edilib. Məruzə sual-cavab və müzakirələrdən sonra Rəyasət Heyətinin qərarı ilə bəyənilib.
İclasda Akademiyanın 70 illik yubileyinə həsr olunmuş tədbirlər planının layihəsi müzakirə edilib, hazırlandıqdan sonra Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı qərar qəbul olunub. Bununla yanaşı, ölkə başçısının "Azərbaycanda 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı" haqqında sərəncamından irəli gələn məsələlər və atılacaq addımlar da müzakirə edilib. Növbəti qərarla AMEA-nın bir sıra alimləri adlı mükafatlara layiq görülüblər. Bildirilib ki, mükafatların təsis olunmasında məqsəd elmin inkişafında mühüm nailiyyətlər əldə edən alimləri daha yüksək səviyyəli tədqiqatlara həvəsləndirmək və Azərbaycanın görkəmli alimlərinin xatirəsini əbədiləşdirməkdir.
Aktual elmi və texnoloji problemlərin həllinə yönəlmiş elmi-tədqiqat proqramlarının seçilməsi və maliyyələşdirilməsi üçün müsabiqə elan edilməsi, həmçinin AMEA üzvlüyünə seçkilərlə əlaqədar elmi bölmələrdə ekspert komissiyalarının yaradılması haqqında qərarlar qəbul edilib.
Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti akademiyanın bir sıra elmi-tədqiqat institutu və ona bərabər statuslu elmi müəssisələrində direktor seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul edib.
Məlumata görə, bununla bağlı AMEA-nın bölmələri üzrə ümumi yığıncaqlarda direktor vəzifələrinə seçkilər keçirilib.
AMEA Rəyasət Heyətinin bugünkü iclasında seçkilərin nəticələri nəzərə alınaraq AMEA institutları və elmi müəssisələrinin 19 direktoru vəzifəsinə təsdiq olunub.
Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə akademik Telman Əliyev Kibernetika İnstitutunun, AMEA-nın müxbir üzvü Adil Qəribov Radiasiya Problemləri İnstitutunun, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunun, AMEA-nın müxbir üzvü Əyyub Quliyev Şamaxı Astrofizika Rəsədxanasının, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutunun, fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov Fizika İnstitutunun direktoru seçilib.
Yer Haqqında Elmlər Bölməsi üzrə akademik Akif Əlizadə Geologiya İnstitutunun, AMEA-nın müxbir üzvü Ramiz Məmmədov Coğrafiya İnstitutunun, Humanitar və İctimai Elmlər Bölməsi üzrə akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev Dilçilik İnstitutunun, akademik Nailə Vəlixanlı Milli Azərbaycan Tarixi Muzeyinin, AMEA-nın müxbir üzvü Rafael Hüseynov Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, AMEA-nın müxbir üzvü Teymur Kərimov Əlyazmalar İnstitutunun, filologiya üzrə elmlər doktoru Gövhər Baxşəliyeva Şərqşünaslıq İnstitutunun, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun, Biologiya və Tibb Elmləri Bölməsi üzrə akademik Məmməd Salmanov Mikrobiologiya İnstitutunun, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova Fiziologiya İnstitutunun direktoru vəzifəsinə təsdiq olunublar.
Geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Zəkəriyyə Əlizadə isə Şəki Regional Elmi Mərkəzinin direktoru vəzifəsinə təsdiqlənib.
Digər qərarla biologiya üzrə fəlsəfə doktoru Zərbalı Xəlilov AMEA Şəki Regional Elmi Mərkəzinin direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ramin Sadıqov isə mərkəzin elmi katibi vəzifəsinə təyin ediliblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi