Azərbaycanda inzibati həbslə bağlı şəxsin tutulması qaydaları və vaxtı dəyişdirilir

img

09-04-2014 [15:15]


Azərbaycanda barəsində inzibati həbs tənbeh növü ilə bağlı iş qaldırılan şəxsin tutulması qaydaları dəyişdirilir.

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 399.3-cü maddəsinə dəyişiklik edilir.

 

Dəyişikliyə əsasən, barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 48 saatadək müddətə inzibati qaydada tutula biləcək. Bu müddət hazırda 24 saatdır. Bundan başqa, bu iş üzrə tutulma qaydalarına da dəyişiklik edilir. Belə ki, xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı halda tutulma müddətində fövqəladə hal olaraq dəyişikliklər ediləcək.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 18-də keçiriləcək iclasda müzakirəyə çıxarılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA