Bakıda sərnişinlər marşurut sürücüsünü döydü

img

09-04-2014 [13:06]


Bu gün səhər saatlarında 6 saylı marşurut xəttilə hərəkət edən sərnişin avtobusunda metronun "Elmlər Akademiyası” stansiyasının qarşısında insident yaşanıb.

Məhz sürücünün sərnişinlərlə kobud davranması onun döyülməsilə nəticələnib. Hadisəni marşurut avtobusunda olan ANS Tv-nin əməkdaşaları mobil telefonla lentə alıblar.

İnsident zamanı sürücü idarə etdiyi avtobusdan yerə düşərək sərşinilərlə mübahisə edib. Baş verən olaya səbəbsə, sürücünün içərisi sərnişinlə dolu olan avtobusu qəfil işə salması olub. Yəni anidən əyləcdən istifadə etməsi avtobusdakı sərişinlərin bir qisminin yıxılmasına səbəb olub.

Elə hər şey də bundan sonra başlayıb. Sərnişinlərdən biri sürücünün bu səhlənkarlığına göz yummayıb və ona təzyiq göstərib. Avtobusdan düşürülən sürücü digər sərnişinlər tərəfindən də təzyiqə məruz qalıb.

Hadisə yerinə polis əməkdaşları da cəlb olunub. Onlar sərnişinlərlə sürücü arasındakı mübahisəni sakitləşdirməyə çalışıblar. İnsident səbəbindən sərnişinlərin əksəriyyəti işə, mənzil başına gecikiblər.

Sürücü isə hadisə yerindən uzaqlaşaraq yenidən sükan arxasına keçib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA