XİN başçısı: “Bizim Ermənistanla heç bir problemimiz yoxdur, Zəngəzur dəhlizi məsələsində..." - "Bu gün ölkələr müraciət edir, əlavə təbii qaz tələb edir"
07-06-2022 [13:40]
“Zəngəzur dəhlizi məsələsində konkret nəticə yoxdur. Ermənistan müxtəlif bəhanələrlə bu məsələni uzatmağa davam edir”.
Bunu “Anadolu”ya müsahibəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov söyləyib.
“Bölgədə kommunikasiya əlaqəsi baxımından ən məhdud ölkə Ermənistandır. Bu səbəbdən Zəngəzur dəhlizinin həyata keçirilməsinin digər bölgə ölkələri qədər Ermənistan üçün də önəmlidir”, - nazir vurğulayıb/Report.
Nazir daha sonra deyib ki, ikinci Qarabağ müharibəsindən və Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra region ölkələri arasında münasibətlərin normallaşması üçün yaxşı imkanlar yaranıb: “Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından yana olduğunu ən yüksək səviyyədə ifadə edib. Biz Türkiyə və Ermənistanın xüsusi nümayəndələr təyin etməsini və onların üç görüşünü çox müsbət hal hesab edirik. Bu, Türkiyə və Azərbaycanın Ermənistana yönəlmiş müsbət mesajlarının bir nümunəsidir. Azərbaycan Ermənistana açıq şəkildə deyir ki, “Bizim Ermənistanla heç bir problemimiz yoxdur. Biz Ermənistanla normal qonşuluq münasibətlərinin qurulmasının tərəfdarıyıq”, - XİN başçısı qeyd edib.
Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığa toxunan C.Bayramov Azərbaycanın Türkiyəyə 19 milyard dollar sərmayə qoyduğunu, bunun 17 milyard dollarının enerji sahəsinə aid olduğunu diqqətə çatdırıb.
C.Bayramov bir sıra səbəblər və Ukraynadakı müharibə ilə əlaqədar Avropada çox ciddi enerji böhranı olduğunu, təbii qazın Cənub Qaz Dəhlizi ilə Avropaya daha çox nəqli üçün çoxlu müraciətlərin daxil olduğunu bildirib: “Azərbaycan və Türkiyənin əməkdaşlığı və potensialı ilə Avropa bazarına əlavə təbii qaz hasil etmək imkanları var. Burada uzun illərdir müəyyən edilən uğurlu enerji strategiyası öz bəhrəsini verir. Bu gün ölkələr müraciət edir, əlavə təbii qaz tələb edir. Bu infrastruktur layihələrimiz vaxtilə böyük çətinliklərin öhdəsindən gəlinərək həyata keçirilib. Çünki vaxtilə o qərarlar veriləndə bir çox ölkələrin ərazisindən keçərkən çox böyük müqavimət və çətinliklər olub. Lakin bunların öhdəsindən gəlinib və layihələr həyata keçib. Məhz bunun sayəsində Türkiyə və Azərbaycanın iqtisadiyyatının inkişafı, xalqlarımızın rifahının yüksəldilməsi həm də bu böhran durumunda digər qonşu ölkələrə yardım etmə imkanı var”.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi