Bakıda ikimərtəbəli marşrutlar - FOTOLAR

img

08-04-2014 [17:21]



Paytaxt küçələrində ikimərtəbəli avtobuslar şütüyür. Bu avtobuslarla Bakı üzrə gəzinti turları təşkil edilir.

Turun müddəti 1,5 saatdır. Marşrut Hökumət evindən Bayıl qəsəbəsinədəkdir. Hələlik bilet 5 manatdır, ancaq bir neçə gün sonra biletlərin qiyməti yerlilər üçün 10, əcnəbilər üçün 20 manat olacaq. Məktəblilər, tələbələr və əlillər də 5 manat verməklə Bakı turlarına qoşula biləcəklər. 6 yaşınadək uşaqlar üçün isə belə avtobuslarda gediş pulsuz olacaq. Gəzinti avtobuslarının iş qrafiki 11:00-dan 20:00-dəkdir(Day.az).







Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA