Sabiq nazir: "Sülhməramlıların komandanlığı Bakıya dəvət edilməli və..."
01-06-2022 [16:02]
"Ermənistanda baş verən hadisələr onların daxili məsələsidir. O ki qaldı Azərbaycan ərazisi olan Xankəndidə revanşistlərin ən son keçirdiyi mitinqə və digər pozucu fəaliyyətlərə, burada rus sülhməramlıları məsuliyyət daşıyır".
Bu barədə revanşistlərin 28 mayda Xankəndidə keçirdikləri mitinqi haqqında danışan Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Diplomat bildirib ki, rus sülhməramlıları Azərbaycan dövlətinin qanunlarına əməl etməli, müvəqqəti məsuliyyət zonalarında separatizm və qanunsuz fəaliyyətə imkan verməməlidir:
“Xankəndidə narahatlıq doğuran bir neçə məqam var: Əvvəla, üçüncü ölkələrin vətəndaşları oraya istədikləri kimi girib-çıxırlar. Buna Paris merinin Xankəndiyə qanunsuz səfərini və s. örnək göstərə bilərik.
İkincisi, orada Azərbaycan əleyhinə separatçılar tərəfindən hansısa mitinqlər və tədbirlər keçirilir. Buna qətiyyən imkan verilməməlidir. Çünki sülhməramlılar oraya göydən düşməyiblər. Onlar Azərbaycan dövlətinin dəvəti ilə gəliblər. Burada hüquqi əsas odur ki, Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq mərkəzində fəaliyyət göstərən Türkiyə və Rusiya, rus sülhməramlı kontingenti birmənalı şəkildə Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiq ediblər. Bu baxımdan rus sülhməramlıların fəaliyyəti göstərilən hüquqi çərçivədə olmalıdır. Əgər ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı işlər davam etsə, hesab edirəm ki, rus sülhməramlılarının fəaliyyətinə vaxtından əvvəl xitam verilməlidir”.
Tofiq Zülfüqarov sülhməramlıların komandanlığına ciddi xəbərdarlıq edilməsinin vacibliyindən də bəhs edib:
“Düşünürəm ki, sülhməramlıların komandanlığı Bakıya dəvət edilməli, bütün güc strukturlarımızın – Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və xüsusilə Daxili İşlər Nazirliyinin (çünki Xankəndi Azərbaycanın daxili işidir – red.) nümayəndələri mövqelərini və iradlarını qəti şəkildə qarşı tərəfin nəzərinə çatdırmalıdır. Fikrimcə, belə bir xəbərdarlıq daha yaxşıdır, nəinki bəyanat. Çünki qeyd etdiyim kimi, rus sülhməramlıları Azərbaycan dövlətinin dəvəti ilə bura gəlib və onlar hansısa bir xüsusi imtiyaza sahib deyillər”/Axar.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi