Tədris ilinin uzadılması nəyə hesablanıb?

img

08-04-2014 [13:10]


Təhsil Nazirliyindən tədris ilinin uzadılması ilə bağlı açıqlama veriblər. 

Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov keçirdiyi mətbuat konfransında tədris ilininn uzadılması məsələsinin yeni məsələ olmadığını deyib. 

 O, bildirib ki, tədris ilinin uzadılması ötən il açıqlanan 2013-2014-cü illər tədris ilinin inkişaf prioritetlərində nəzərdə tutulub: "Azərbaycanda dərs həftəsi 32-dir. Mayın sonundan sentiyabrın 15-dək olan müddətdə şagirdlərdə müəyyən tətil boşluğu yaranırdı. Onlar bu müddət ərzində səmərəli işlərlə məşğul olmurdular”.

Cəsarət Valehov bildirib ki, Tədris ilinin uzadılması tədris proqramlarının yüngülləşməsinə gətirib çıxaracaq: "Bundan sonra şagirdlər bilikləri daha yaxşı mənimsəyəcəklər. Tədris ilinin uzadılması ölçüb-biçilmiş məsələdir”.

ans


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA